"Heydər Əliyev Fondu böyük uğurlara nail olub, böyük zəfərlərə imza atıb" ÖZƏL-ŞƏRH

“Yarandığı, fəaliyyətə başladığı gündən xeyriyyəçiliyi, rəhmi, mərhəməti, şəfqəti özü üçün deviz seçən Heydər Əliyev Fondu 16 il ərzində böyük uğurlara nail olub, böyük zəfərlərə imza atıb. Ölkənin Birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü, iştirakı, xeyir-duası ilə düz 16 il öncə yüksək amallar naminə yola çıxan, qarşısına böyük hədəflər qoyan Heydər Əliyev Fondu fəaliyyəti ilə nəinki Azərbaycanda, hətta onun hüdudlarından, onun sərhədlərindən çox-çox uzaqlarda tanınıb, şöhrətlənib. Həm özü tanınıb, həm də Azərbaycanı tanıdıb”. Bunu SİA-ya BDU-nun kafedra müdiri, professor, millət vəkili Kamilə Əliyeva deyib.Deputatın sözlərinə görə, bu Fond nəinki Azərbaycanda, tam qətiyyət və cəsarətlə demək olar ki, dünyada rəhm, mərhəmət, şəfqət ünvanına çevrilib: “Fondun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva nəinki Azərbaycanın, azərbaycanıların, bütövlükdə dünyada rəhmə, mərhəmətə, şəfqətə, yardıma, xoş sözə, diqqətə, qayğıya, isti nəfəsə, nəvazişə ehtiyacı olan milyonların sevimlisinə, simvoluna çevrilib. Mehriban xanım bu gün dünyamızın şəriksiz rəhm, mərhəmət, şəfqət simvoludur. O, Azərbaycanda və dünyada-harada, hansı uzaqlıqda yaşamasından asılı olmayaraq, yardıma, köməyə, dəstəyə ehtiyacı olan insanların yanında olub, onların harayına, imdadına yetişib, onların himayəçisinə, himayədarına çevrilib, onlara ana, bacı, övlad məhəbbəti, sevgisi, şəfqəti göstərib. Heç kimdən, heç kəsdən mərhəmətini, şəfqətini əsirgəməyib. Onlarla ağlayıb, onlarla kədərlənib, onlarla gülüb, onlarla birgə sevinib, şadlanıb. Budur Mehriban Əliyeva sevgisi, budur Mehriban Əliyeva şəfqəti, budur Mehriban Əliyeva nümunəsi. Mehriban Əliyevanın birbaşa təşəbbüsü və iştirakı ilə illər öncə Azərbaycanda (o cümlədən, dünyanın bir neçə ölkəsində) böyük layihələrə start verilib. Həmin layihələrdən, Fondun icra etdiyi nəhəng proqramlardan biri, məhz “Yeniləşən Azərbaycana yeni məktəb” proqramıdır ki, ötən illər ərzində ölkənin elə bir bölgəsi, guşəsi qalmayıb ki, oranı əhatə etməsin. Bu proqram çərçivəsində və Fondun təşəbbüslərinə dövlət tərəfindən yaxından verilmiş dəstək nəticəsində ümumilikdə, son 15-16 il ərzində ölkədə 3 min 200-dən çox məktəb tikilib, təmir edilib və bu istiqamətdə işlər bu gün də uğurla davam etdirilməkdədir.Təsadüfi deyil ki, elə bugünlərdə, yeni tədris ilində Azərbaycanın-Bakı şəhəri də daxil olmaqla, bir sıra bölgəsində daha 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib. Sentyabr ayının 15-də Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə Azərbaycan xalqına müraciətində deyilir: "Məktəb tikintisi ilə bağlı deyə bilərəm ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunmuşdur...". Bəli, bunlar Mehriban xanımın təşəbbüsü, Azərbayan dövlətinin dəstəyi, Heydər Əliyevin Fondunun rəhbərliyi ilə icra edilmiş, həyata keçirilmiş işlərin, sözügedən proqramın Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan təhsilinin inkişafına, Azərbaycanın işıqlı gələcəyinə, parlaq sabahına verdiyi əvəzsiz, misilsiz töhfələrdir. Çünki o dövlət, o cəmiyyət güclü olur ki, onun təhsili, təhsil sistemi güclü, rəqabətədavamlı və dayanıqlı olur. Odur ki, Heydər Əliyev Fondunun da qarşıya qoyuğu, hədəflədiyi ən mühüm məqamlardan, məqsədlərdən biri məhz təhsilimizin inkişafı, savadlı, bilikli, müasir və dəyərlərinə bağlı gəncliyin yetişdirilməsi, yüksək standartlara cavan verən modern təhsil müəssisələrinin olması, qurulub, yaradılmasıdır...Ötən illər ərzində istər Mehriban xanım, istərsə Heydər Əliyev Fondu əhalinin sağlamlığının qorunması məsələsində də yaxından iştirak edir. Çünki ölkənin inkişafını xarakterizə edən əsas göstəricilərdən biri səhiyyə göstəriciləridir, orta yaş müddətidir, demoqrafik inkişafdır. Heydər Əliyev Fondunun bu istiqamətdə keçirdiyi layihələrlə tanış olduqda, onların mahiyyətini dərk etdikdə bir daha əminlik yaranır ki, Mehriban xanımın və Fondun fəaliyyəti səhiyyənin inkişafına da sistemli yanaşmanı ön plana çəkir. Çünki səhiyyə, əhalinin sağlamlığının təmin olunması ayrı-ayrı lokal tədbirlərlə deyil, ona sistemli yanaşma ilə ölçülür və sistemli yanaşmanı tələb edir. Bu baxımdan, Fondun bu istiqamətdə müəyyən etdiyi başlıca vəzifələrdən biri uşaq evləri və internatlardakı azyaşlı və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir. Fond beynəlxalq təşkilatlar və dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq şəraitində “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və digər layihələr həyata keçirmiş, tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasına nail olub. Fondun yarandığı gündən ölkədə bir sıra xəstəxana, poliklinika, diaqnostika mərkəzi və digər tibb ocaqları tikilmiş, təmir olunmuş və yenidən qurulub.Qeyd edək ki, “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində diabet xəstəliyindən əziyyət çəkən uşaqlar müntəzəm olaraq insulin preparatları və şpris qələmlərlə təmin edilirlər. Həmçinin, “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində bu il Talassemiya Mərkəzində xarici və yerli mütəxəssislərin iştirakı ilə uzun müddət talassemiya xəstəliyindən əziyyət çəkən xəstələrə sümük iliyi və yağ toxumalarından əldə edilən kök hüceyrələrin transplantasiyası həyata keçirilmişdir. Bununla da, Azərbaycanda ilk dəfə xüsusi metodla alınan kök höceyrələr klinik praktikada tətbiq edilib. Eyni zamanda, ötən illər ərzində onlarla xəstəxanın, sağlamlıq mərkəzlərinin tikilməsi və ya yüksək səviyyədə təmir edilərək, yenidən qurularaq, istifayə verilməsi ən mühüm işlərdəndir. Bunlar hamısı Mehriban xanımın və rəhbərlik etdiyi Fondun təmənnasız xidmətləridir... Həmçinin, Mehriban xanımın və Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan mədəniyyətinin dünyada yayılması, təbliği məsələsidir. Bu yöndə atılan addımların nəticəsidir ki, bu gün Azərbaycan mədəniyyəti, xüsusilə, milli kimlik göstəricilərimizdən olan muğamımız, muğam sənətimiz özünün ikinci nəfəsini, inkişaf, intibah mərhələsini yaşayır. Bu gün Azərbaycan muğamı dünyaya səs salmaqda, ən geniş salonları, məkanları fəth etməkdədir.Ümumiyyətlə, hər il təşkil edilən beynəlxalq musiqi yarışmaları nəinki Azərbaycanın, hətta dünyanın mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirilir. Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Muğam Müsabiqəsi, Beynəlxalq Aşıq Festivalı kimi irimiqyaslı tədbirlər ifaçılıq sənətinin inkişafına əlverişli şərait yaratmaqla bərabər, xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə də xidmət edir…Heydər Əliyev Fondunun fəaliyyətə başladığı günlərdən ən böyük hədəflərindən biri də və bəlkə də birincisi Azərbaycan həqiqətlərinin, Qarabağ hadisələrinin, üzləşdiyimiz açıların, ağrılan olduğu kimi, dünyaya çatdırılmasıdır. Həm Fond, həm də Fondun birinci vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən bu istiqamətdə həyata keçirilən işlər, "Xocalıya ədalət" kampaniyası xüsusi qeyd edilməli və təqdir olunmalıdır. Məhz bu işlər, bu kampaniya nəticəsində artıq dünyanın hər yerində Azərbaycan, Qarabağ, Xocalı həqiqətləri eşidilməkdə, qəbul və etiraf edilməkdədir. Son illər bir neçə ölkə və onların parlamentləri tərəfindən Qarabağ hadisələrinə verilən obyektiv hüquqi-siyasi qiymət, 20-ci ərsin ən dəhşətli insanlıq dramı olan Xocalı qətliamının, vəhşətinin soyqırımı aktı kimi tanınması məhz bu istiqamətdə görülən işlərin, çəkilən zəhmətlərin uğurlu nəticələridir, müsbət töhfələridir... Heydər Əliyev Fondunun gördüyü işlər saysız-hesabsız, ucsuz-bucaqsızdır, misilsizdir, ölçüyəgəlməzdir. Bu haqda saatlarla, günlərlə, həftələrlə danışmaq, yazmaq, cild-cild kitablar ortaya qoymaq olar...Ancaq atalar məsəlimizdə də deyildiyi kimi, görünən dağa bələdçi nə lazım?! Hər şey göz qabağındadır, ortadadır...Mehriban xanımın və Fondun gördüyü işlər, reallaşdırdığı layihələr hər biri Azərbaycanımızın inkişafı, tərəqqisi, çiçəklənməsi naminə atılan tarixi addımlardır... Bu yolda, bu titanik fəaliyyətdə həm Mehriban xanıma, həm də Heydər Əliyev Fonduna uğurlar, növbəti nailiyyətlər arzulayıram!”.

sia.az