Siyasət

  • 8 393

"Hər şey dövlətimizin nəzarətindədir!" ÖZƏL-MÜNASİBƏT

image

"Neçə gündür ki, ölkə mətbuatının, sosial şəbəkələrin əsas mövzusu Moskvaya xidmət etməkləri iddia olunan və azərbaycanlıların siyahısıdır. Rusiya ictimaiyyətində çox da tanınmayan bir saytda (dossier.center) guya Valeri Çernışov adlı xüsusi xidmət orqanı zabitinin sənədləri arasında tapılan "agent siyahısı "nda həm Bakıda, həm də Yerevanda Moskvaya xidmət edən şəxslərin olduğu iddia edilir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli bildirib.Onun sözlərinə görə, bəzi saytlar və sosial şəbəkələrdə həvəslə tirajlanan və bu siyahıda 76 nəfər Azərbaycan vətəndaşının isimləri əks olunub: "Onların arasında ictimai-siyasi xadimlər, ali məktəb müəllimləri, tələbələri, media əməkdaşları yer alıblar. Bu, nədir? Gerçək bir sənəd, yoxsa dezinformasiyadır? Sualı cavablandırmaqdan öncə bildirmək istəyirəm ki, bəli, Azərbaycanda Rusiyanın agentlərinin varlığı heç kəsdə şübhə doğurmur. Əslində, Moskva maraqlarının olduğu bütün ölkələrdə özünün agenturasını yaratmağa çalışır. Azərbaycanda geniş rusdilli mühitin mövcudluğu da Rusiyanın bu məsələdə işinə yarayan amillərdəndir. Azərbaycanda, hətta Ermənistana da donos ötürənlərin mövcudluğu da ehtimal olunandır. Ölkəmizdə günü bu gün həyat yoldaşları azərbaycanlı olan minlərlə erməni qadını yaşayır...Doğrudur, milli əks-kəşfiyyatımızın sayıqlığı nəticəsində ölkəmizdə nəinki Rusiyanın, digər ölkələrin də ehtimal olunan agentlərinin təhlükəsizliyimizi təhdid edəcək fəaliyyəti yoxdur. Ola da bilməz. Hər şey dövlətimizin nəzarətindədir!O ki qaldı 76 nəfərlik "agent siyahısı"na, bunun dövriyyəyə buraxılmış növbəti informasiya yalanı olduğu hər kəsə aydındır. Siyahıda adları keçənlər real insanlar olsa da, ortada konkret heç bir fakt, sübut yoxdur. Azərbaycana qarşı hibrid müharibəsi aparılır. Bu ilin iyulunda ermənilərin Tovuz istiqamətində əl atdıqları hərbi təxribat zamanı Türkiyə və Pakistan kimi böyük güclərin Azərbaycanı dəstəkləməsi, Türkiyə -Azərbaycan birgə genişmiqyaslı hərbi təlimlərinin keçirilməsi, Azərbaycanın Rusiyanı təcəvüzkar Ermənistanı silah-sursatla təmin etməkdə ittiham etməsi, əlbəttə ki, kimlərinsə, xüsusilə ermənilərin və onlara havadarlıq edənlərin ürəyincə deyil. Məhz elə ona görə də cəmiyyətimizi ürəyindən vurmağa çalışırlar. Ölkəmizdə nifaq salmaq, qarışıqlıq yaratmaq, dövlətin başını daxili işlərə qatmaq, vətəndaşlar arasında nifrət toxumu səpmək, zənnimcə, "agent siyahısı"müəlliflərinin əsas məqsədləridir.Bir anlıq özünüzü həmin siyahıda təsəvvür edin. İnanmıram, kimsə qohum-əqrəbanın, qonşuların, dostların, iş yoldaşlarının, hətta ailə üzvlərinin sual dolu baxışları, əsassız tənələri, tikanlı sözləri qarşısında duruş gətirə bilsin. Keçən əsrin 90-cı illərinin əvvəllərində Milli Azadlıq Hərəkatından hakimiyyətə gəlmiş Elçibəy iqtidarının tez bir zamanda zəifləməsinin və süqut etməsinin səbəblərindən biri də komanda üzvlərinin "agent ovuna" çıxması, bir -birinə "KQB-nin adamı" kimi baxması səbəbindən inamsızlıq mühitinin yaranması oldu. Gəlin, ehtiyatlı olaq! Düşmən hiyləgərdir. Onun tələsinə düşməyək. Əksinə, onların özlərini daxildən yeyib -dağıtmağa məcbur edək!".

sia.az

Digər xəbərlər