YAP VCD-nin birgə təşkilatçılığı ilə təlimlərə start verir

Yeni Azərbaycan Partiyası, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (VCD) birgə təşkilatçılığı ilə təlimlərə start verir. SİA-nın verdiyi məlumata görə, təlimin keçirilməsində əsas məqsəd gənclərin natiqlik bacarıqlarının inkişafı etdirilməsi, həmçinin onların debat aparmaq vərdişlərinin formalaşdırılmasıdır. Gənclərin danışıq qabiliyyətinin inkişafı, onların öz fikirlərini qarşı tərəfə çatdıra bilməsi günün əsas məsələlərindən biridir. Məhz buna görə layihə müddətində gənclər üçün debat təlimi və debat yarışının keçirilməsi nəzərdə tutulub. Bu təlimlər gənclərə ölkəmiz üçün prioritet olan mövzularda araşdırmalar etməyə, müzakirələr aparmağa və debatlarda iştirak etməyə imkan verməklə yanaşı, eyni zamanda bu gün sosial şəbəkələrdə gedən müzakirələrdə birbaşa debat mədəniyyəti nümayiş etdirərək, opponentə tutarlı, mədəni cavab verilməsinə köməklik göstərmiş olacaq.Qeyd edək ki, Milli Debat Proqramı VCD tərəfindən illərlə toplanmış təcrübəyə əsaslanaraq, debat metodologiyası vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır.

sia.az