Siyasət

  • 6 493

Biz hazırıq: sülhə də, müharibəyə də!

image

Ermənilər, başabəla erməni siyasətçiləri, başbilənləri deyəsən, ağıllanmayacaq, heç bu niyyətdə də deyillər.Onlar bu günə kimi dəyişməyiblər, bu gedişlə dəyişəsi də deyilər. Belə gəliblər, belə də gedəcəklər.Şovinizm, rasizm, nasizm, terrorizm virusu bunların canına elə hopub, iliyinə elə işləyib ki, hələ də vaksinləri, peyvəndləri tapılmayıb...Qəsbkarlıq, zəbt, işğal, təcavüzkarlıq, özgələrinin torpaqlarında gözü olmaq, onları ilhaq etmək, qanlar tökmək, göz yaşları axıtmaq, insanlıq dramları yaşatmaq ermənilərin "ali dəyər"lərinə çevrilib. Onlara himayədarlıq edənlər də əslində bundan öz çirkin və murdar məqsədləri, qanlı "projeləri" naminə gözəl və məharətlə istifadə ediblər, bu gün də etməkdədirlər. Çünki himayədarları olmadan onlar bir heçdirlər. Qul, nökər, vassaldırlar, forpostdurlar...Müstəqil iradələri, müstəqil qərar qəbul və icra etmə bacarıqları yoxdur, sıfırdır. Təxminən sutka yarım öncə Azərbaycan-Ermənistan sərhəddinin Tovuz bölgəsində baş verən növbəti gərginlik, növbəti erməni təxribatı da deyilənlərin əyani sübutudur. Ermənilərdən artıq ağıllı nəsə gözləməyinə dəyməz. Elə bir isterik və rəzil vəziyyətdədirlər ki, nə etdiklərini artıq bilmirlər. İyul hadisələri, iyul fiaskosu da görünür onlara dərs olmadı, onları ağıllandırmadı. Ancaq onlara dərs verməyin, onları "ağıllandırmağın" tək yolu var-hərb, müharibə! Artıq ermənilər və onları bizlərə qarşı körükləyənlər, açıq kartla oynayanlar bizlərə başqa çarə qoymurlar, bizlərə başqa variant seçməyə imkan tanımırlar. Son bir neçə ayda illərdir davam edən, uzanan səmərəsiz danışıqlar prosesinin məhz ermənilərin və havadarlarının günahı üzündən dayanması, dayandırılması bizim üçün başqa variant tanımır. Münaqişənin tək çözüm yolunun savaşdan, müharibədən, hərbdən keçdiyinə işarə edir. Bəli, biz haqsızlığa, ədalətsizliyə, işğala, təcavüzə məruz qalan tərəf olsaq da, ancaq ötən 32 il ərzində hər zaman konfliktin sülh, danışıqlar yolu ilə həllinə üstünlük vermişik, sülhdən yana olmuşuq, bunun üçün bütün əməli addımları atmışıq və atırıq... Hətta, təxminən iki il öncə bədnam Paşinyanın danışıqlar prosesinin formatının dəyişdirilməsi, Dağlıq Qarabağ ermənilərinin danışıqlar prosesinə cəlb edilməsi yönündəki təxribatının da qabağını almışdıq, buna imkan verməmişdik. Amma... Onlar ötən dövr ərzində əllərindən gələni etdilər ki, ya format dəyişikliyi baş versin, ya da danışıqlar prosesi baş tutmasın, pozulsun. Nəticə isə göz qabağındadır. Bəli, biz müharibə tərəfdarı olmasaq da, buna-hərb variantına əl atmağa məcburuq. Biz sülh tərəfdarı olsaq da, bunu əməllərimizlə sübut etsək də, çıxış yolu hərb variantıdır. Biz hərb variantına da, hərbə də, savaşa da hazırıq. Bunun üçün bütün imkanlara və hüquqlara malikik. Kimsə öz torpaqlarımızı azad etmək hüququnu bizim əlimizdən ala bilməz. Kimsə bizi haqq savaşımızdan geri döndərə bilməz. Kimsə bizim qələbə əzmimizə, iradəmizə əngəl ola bilməz. Azərbaycan dövlətinin, Azərbaycan xalqının öz torpaqlarını işğaldan, ilhaqdan azad edtməyə gücü də, qüdrəti də yetər və yetir. Bunu hər kəs bilir və bilsin! Bu, ermənilər, Ermənistan, onun havadarları üçün son ola bilər və olacaq! Ancaq əgər acı sonlarını görmək istəmirlərsə, Azərbaycanın şərtlərinə razı olsunlar, işğal olunmuş əraziləri qeyd-şərtsiz tərk etsinlər, işğal qoşunlarını Ermənistana çəksinlər və sülhə razı olsunlar! BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında Qoşulmama Hərəkatının sədri kimi çıxış edən ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. "Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir"-deyən Azərbaycan Prezidenti bildirdi ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Odur ki, Azərbaycan BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edir. Dövlət başçımız bir daha qeyd etdi: "Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır". Bəli, biz sülh istəyirik, sülh tərəfarıyıq, biz ədalət, ədalətin bərpasını istəyir və tələb edirik. Bu olmayacaqsa, bu olmadıqda isə yol, variant hərbdir. Biz hazırıq!

Jalə ƏLİYEVA
Millət vəkili

yap.org.az

Digər xəbərlər