"ATƏT-in Minsk qrupunun fəaliyyəti substantiv danışıqlara köklənməlidir" ÖZƏL-ŞƏRH

“BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Prezident İlham Əliyev iki rəsmi statusta çıxış edərək bu gün beynəlxalq münasibətlər sistemində aktual olan bir sıra mühüm məsələlərə toxundu. Bunlardan biri elə BMT və onun Təhlükəsizlik Şurası digəri isə benəlxalq hüquq məsələləri ilə bağlı idi ki, Azərabycan Prezidenti bu vacib məslələri Qoşulmama Hərəkatının sədri kimi 120 ölkənin adından dilə gətirdi”. Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, əslində hazırki mürəkkəb beynəlxalq şəraitdə hüququn aliliyi və onun tətbiqi ən aktual məsələdir: “Çünki bu sahədə ikili standartlar, bəzi hallarda ayrı-ayrı hegemon dövlətlərin iradəsinin beynəlxalq hüquqdan üstün tutulması hüququn gücünün yox gücün hüququnun keçərli olduğunu əyani şəkildə göstərir. Bu isə istənilən halda beynəlxalq hüququn nizmalayıcı funksiyasını kölgədə qoymaqla elə BMT-nin nüfuzuna böyük zərbə vurmuş olur. Xüsusilə BMT TŞ-nın bəzi qərarlarının icra edilməmiş qalması, həmin qərarların hətta icra mexanizmlərinin olduğu halda tətbiq edilməməsi yaxud ayrı-ayrı hallarda bunun seşmə üsulu ilə edilməsi əlbətdə ki, yolverilməzdir və beynəlxalq hüququn obyektivliyinə ciddi şübhələr yaradır. Elə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı BMT TŞ-nın qəbul etdiyi 4 qətnamənin bu günə qədər icra edilməmiş qalması dediklərimizin ən əyani sübutudur. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bu məsələləri diqqətə alaraq qeyd etdi ki, bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var.Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq. Bu çağırış mühüm bir çağırış olmaqla əslində realizə ediləcəyi təqdirdə BMT-nin fəliyyətində yeni keyfiyyət mərhələsi yarada biləcək bir çağırışdır. Çünki doğurdan da hazırda belə bir yenilənməyə çox böyük ehtiyac var.İkinci mühüm istiqamət İlham Əliyevin Azərbaycan Prezidenti kimi çıxışında öz əksini tapan fikirlər idi ki, bu çıxış bir daha beynəlxalq tribunadan Ermənistanın işğalçılıq siyasətininin ifşa edilməsi kimi xarakterizə oluna bilər. Azərbaycan Prezidenti BMT TŞ-nın işğalçı Ermənistanın ordu birləşmələrinin qeydsiz-şərtsiz işğal edilmiş ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnamənin olmasına baxmayaraq işğalın hələ də davam etdiyini bildirdi. Üstəlik hazırki mərhələdə yeni torpaq işğalı üçün hərbi siyasi hazrlıq içərisində olan Ermənistanda qonşu ölkəyə münasibətin nifrət üzərində qurulduğunu, nasizmə və faşizmə söykəndiyini bildirərək qeyd etdi ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu həm beynəlxalq hüququn yerinə gətirliməsinin tələb edilməsi, həm də əl atacağı hər hansı təxribata görə Ermənistana edilən xəbərdarlıq idi. Ona görə də BMT və onun Təhlükəsizlik Şurası dərhal müvafiq qətnamələrin yerinə gətirilməsi ilə bağlı addımlar atmalı, ATƏT-in Minsk Qrupunun fəaliyyəti substantiv danışıqlara köklənməlidir. Əks təqdirdə regionda real müharibə vəziyyəti yarana bilər ki, bu da sülhün və sabitliyin qorunmasına ciddi təhdid ola bilər”.

sia.az