Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycanın hərtərəfli inkişafına nail olmaqla yanaşı, Azərbaycan dünya miqyasında xüsusi çəkisi və nüfuzu olan,beynəlxalq aləmi narahat edən qlobal məsələlərin müzakirə edildiyi beynalxalq tədbirlərə ev sahibliyi edən məkanlardan birinə çevrilmişdir.26 sentyabr 2026-ci il tarixində keçirilmiş, Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi II Azərbaycan Beynalxalq İnvestisiya Forumu da yuxarıda qeyd olunanlara bir nümunədir. Bakıda keçirilən II Azərbaycan Beynalxalq İnvestisiya Forumu çərçivəsində “ Parçalanmış dünyada etimadın bərpası, Cənubi Qafqaz Qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev tədbirə moderatorluq edən “Qlobal İnfrastrukturu Partners” şirkətinin sədri cənab Adebayo Oqunlesiyəm suallarına ətraflı cavab verərək qısa müddət ərzində əldə olunmuş uğurların tarixcəsi haqqında geniş məlumat vermişdi. Moderator qeyd etdiyi bir məsələyə diqqət verilməsini önəmli hesab edirəm.Moderator cənab O.Adebayo bildirir ki, bu zalda təxminən 30 trlyon aktivləri idarə edən nümayəndələr iştirak edir. Səsləndirilən rəqəm özlüyündə Forumun əhəmiyyətini Azərbaycana olan ehtimadı və dövlət başçısının beynəlxalq aləmdə malik olduğu şəxsi nüfuzunun göstəricisidir.
Moderator Cənab O.Adebayonun “Cənab Prezident növbəti onillikdə iqtisadi artım baxımından Azərbaycanla bağlı baxışlarınız nədən ibarətdir” sualına cənab Prezident aşağıdakı cavabı verdi: “Beləliklə, bütün bunlara əsaslanaraq, biz iqtisadi inkişafın ümumi tendensiyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. Əsas prioritetlərin bir neçəsini qeyd edərdim. Onlardan biri bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik. Bundan əlavə, quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Beləliklə, bizim hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq.
İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi, əlbəttə ki, logistika, nəqliyyat və bağlantılardır. Biz fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq. Qonşular olmadan biz böyük tranzit ölkəsi ola bilmərik. Beləliklə, bu, xüsusilə bəzi ənənəvi təchizat zəncirlərinin müəyyən risklərlə üzləşdiyi hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, əlavə stimullaşdırıcı amil ola bilər”.
Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin dərin dövlətçilik təcrübəsi və proqmatik lider olduğunu təsdiq edən cəhətlərdən biri də zamanında nəqliyyat və loqistikaya önəm verməsi, Azərbaycanı Şərq- Qərb, Şimal- Cənub nəqliyyat və logistika qovuşağına çevirməsidir. Mövcud infrastrukturun yaradılması ilə Azərbaycan regionun lideri və dünyanın ən cəlbedici dövlətlərinə çevrilmişdir. Cənab Prezidentimizin rəhbərliyi ilə bu işlər bugündə davam etdirilir və əlavə nəqliyyat qovuşaqlarının, o cümlədən Zəngəzur Dəhlizinin açılması istiqamətində qətiyyəti addımlar atıla yaradılan nəqliyyat və logistika infrastrukturu Azərbaycanın iqtisadi qüdrətinin yüksəldilməsinə, xalqımızın etibarlı gələcəyinin təmin edilməsinə xidmət edir.
Vahid Əliyev
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri