Siyasət

  • 7 672

"Onlar insanlıq duyğularından çox-çox uzaqdırlar" ÖZƏL-MÜNASİBƏT

image

"Bu günlərdə yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinə xüsusi yer ayırdı. Son aylarda bu mövzu ətrafında dövlət başçısı ictimaiyyətə dəfələrlə təfərrüatlı açıqlamalar verib. Lakin İlham Əliyev bu dəfəki çıxışında münaqişə ilə əlaqələr istər xalqımıza, istər beynəlxalq ictimaiyyətə, istərsə də təcavüzkar Ermənistana kifayət qədər sərt və ciddi mesajlar verdi. Ölkə rəhbəri müsahibəsində uzun illər ərzində beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlara sanki yekun vurdu: "Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm... Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik... Biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib."Bəli, qaçqınların, köçkünlərin 27 il səbirsizliklə gözlədikləri an-doğma yurd-yuvalarına qayıtmaq baş tutmadı. Bu arzular nə vaxt çin olacaq? Heç kim bilmir...Danışıqlar getmir, beynəlxalq vasitəçilər susur-çox müəmmalı şəkildə. Ortada müzakirə ediləcək plan da yoxdur. Deməli, müharibə qapıdadır, qaçılmazdır. Əlbəttə ki, danışıqların dalana dirənməsinin günahkarı Ermənistan, onun avantürist hakimiyyətidir. Söz yox ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də məsuliyyəti çox böyükdür.Prezidentin çıxışından göründüyü kimi, Azərbaycan hər cür ssenariyə, o cümlədən, müharibəyə hazırdır. Özü də lap çoxdan. Sadəcə, regionda yaşadığımız böyük coğrafiyada sülhün, əmin-amanlığın pozulmaması naminə, beynəlxalq təşkilatların təkidli xahişlərinə görə biz silaha əl atmamışıq. Hətta Ermənistandakı daxili-siyasi gərginliklərdən, böhranlı vəziyyətlərdən, hərc-mərcliklərdən bir fürsət kimi istifadə etməmişik. Amma zaman göstərir ki, çox nahaq yerə! Ermənilər isə hər zaman fürsətlərdən yararlanıblar. Bizim ağır günlərimizdən, daxili çəkişmələrimizdən məharətlə istifadə ediblər. Torpaqlarımızın əksəriyyəti məhz belə anlarımızda işğal edilib. Onlar insanlıq duyğularından çox-çox uzaqdırlar. Odur ki, körpələrimizi qadınlarımızı, dinc sakinlərimizi öldürənlərə, xalqımıza qarşı qətliamlar, soyqırımlar həyata keçirən düşmənə imdad, aman, rəhm ola bilməz. Onlar məhv edilməlidirlər və ediləcəklər də! Danışıqlara ayırdığımız 27 il hədər getdi. Məqsədimizə yetişmədik. Ancaq bu bizim hədəfimizi dəyişmək anlamına gəlmir. Dəyişən addımlarımız olacaq. O, addımlar bizi Qələbəyə aparacaq!"-deyə, M.Səfərli deyib.

sia.az

Digər xəbərlər