Siyasət

  • 6 516

Erməniləri qorxudan faktor: Azərbaycan-Türkiyə hərbi birliyi ANALİTİK

image

Sasun Mikaelyan: “Ermənistan yalnız Azərbaycanla deyil, həm də Türkiyə ilə müharibə aparır”

Ermənstanın baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsi fonunda məsuliyyətsiz davranışları, Azərbaycanı müharibəyə təhrik etməsi cəhdləri, erməni hərbi birləşmələrinin cəbhənin təmas xətlərində silahlı təxribatçılıq əməllərini davam etdirmələri mövcud vəziyyətin daha da gərninləşməsinə səbəb olmaqdadır. Əbəs deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev son günlər səsləndirdiyi bəyanatlarında bütün məsliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşəcəyini vurğulayaraq, beynəlxalq aləmə çağırışlar edir, sülh danışıqlarına xələl vuran, danışıqlardan qaçan Ermənistanın Azərbaycan üçün başqa yol qoymadığını bildirir. Məhz sərt, qətiyyətli bəyanatlardan sonra erməni ictimai rəyi ölkələrinin başına gələcəyi fəlakətdən təlaşlanır, müharibənin baş verəcəyi halda hansı aqibətlə qarşı-qarşıya qalacaqları ətrafında necə deyərlər, baş sındırırlar.
Türkiyədən növbəti sərt bəyanatlar – XİN: “Can Azərbaycanın haqlı mübarizəsində hər zaman yanındayıq”, MN: “Ermənistan odla oynamağı dərhal dayandırmalıdır!”
Çünki burada daha bir fakt Azərbaycanın hərbi-iqtisadi və strateji tərəfdaşı, qardaş ölkə - Türkiyənin birmənalı və birtərəfli dəstəyi amili üzərində cəmləşir. İstər iyul hadisələri zamanı, istərsə də bugünlərdə Tovuzda baş verən növbəti silahıı təxribatdan dərhal sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də Azərbaycan xalqına təxribat zamanı şəhid olan hərbi qulluqçumuza görə başsağlığı verib. “Ermənistanın hərbi təcavüzü nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşənə Allahdan rəhmət, qardaş Azərbaycan xalqına və şəhidin ailəsinə səbir diləyirəm”, yazan Çavuşoğlu əlavə edib ki, Ermənistan çirkin əməllərindən əl çəkməlidir və qardaş ölkə daim bizim yanımızdadır: “Ermənistanı hücuma son verərək ağlını başına yığmağa çağırıram. Can Azərbaycanın haqlı mübarizəsində hər zaman yanındayıq”.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi də kiçik çavuş Məmmədov Elşən Əli oğlunun şəhid olması ilə bağlı başsağlığı verib və Ermənistanın təxribatçılıq əməllərini bu ölkə üçün pis nəticələr verəcəyini bəyan edib.
SİTAT: "Dağlıq Qarabağı qanunsuz olaraq işğal edən Ermənistan indi də Tovuz istiqamətində atəşkəsi pozaraq qəhrəman Azərbaycan əsgərimizi şəhid edib. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirik! Ermənistan odla oynamağı dərhal dayandırmalıdır!"
Sərsəm erməni düşüncəsi: “Bir tərəfdən Rusiyanın kömək etməli olduğunu deyən ermənilər, digər tərəfdən ruslara bel bağlamadıqlarını bildirirlər”
Beləliklə, ermənilər kəskin qorxu içindədirlər və bir tərəfdən müharibəyə təhrik xarakterli bəyanatlar verir, digər tərəfdən isə qoorxduqlarını gizlətmirlər. Ermənistanın hərbiləşdirilmiş “Yerkrap” təşkilatının sədri, hakim “Mənim addımım” fraksiyasının deputatı Sasun Mikaelyan jurnalistlərlə söhbətində bildirib ki, Ermənistan yalnız Azərbaycanla deyil, həm də Türkiyə ilə müharibə aparır. Düşdükləri ağır vəziyyətdən çıxış yolları axtaran erməni deputat əlavə edib ki, müharibə baş verərsə, ehtiyatlı olmaq lazımdır. O, bu dəfə həyasızcasına Rusiyanın Ermənistana kömək etməli olduğunu bildirib. Halbuki, hakim fraksiyanın təmsilçisi nədənsə Nikol Paşinyanın anti-Rusiya bəyanatlartını unudub. Dara düşəndə isə Rusiya faktoru yada düşür.Beləliklə, “Rusiya Ermənistana kömək etməlidir”, deyən Sasun Mikaelyan belə məqamlarda rusların “iplərinin üzərinə odun yığmağın” təhlükəli olduğunu da bildirib, hətta bunun üçün ermənilərin “ağıllı və uzaqgörən siyasət” aparmalı olduqlarını deyib. Maraqlıdır ki, erməni siyasətçi qondarma erməni soyqırımı məsələsini ortaya ataraq, guya vaxtilə rusların türklərə silah verdiyini, türklərin isə “1,5 milyon” erməniləri “qətlə yetirdiklərini” ənənəvi erməni “məzlumluğu” ilə xatırladıb.
Mikaelyan sübut edir ki, Azərbaycan dövləti öz ərazilərini işğaldan azad etməsi üçün hər an müharibəyə hazırdır
Mikaelyan müharibə mümkünlüyünün 1990-cı ildən hazırkı vaxta qədər qaldığını deyib: “Bizim xalq deyir: dördgünlük müharibə, Tavuş hadisələri... Müharibə bitməyib... Müharibə 90-cı illərdən başlayıb və bugünə qədər davam edir. Gəlin bu məsələləri bir-birindən ayırmayaq”.Erməni deputatı Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ danışıqlarının erməni tərəfinin günahı səbəbindən dayandırılılması bəyanatına da münasibətini bildirib və deyib ki, Ermənistan Bakının cəhdlərinə maksimal şəkildə müqavimət göstərməlidir. Məhz bu kimi düşüncə ilə Mikaelyan sübut edir ki, Azərbaycan dövləti öz ərazilərini işğaldan azad etməsi üçün hər an müharibəyə hazırdır və öz qətiyyətli addımını atacaq. Ağır nəticələrə görə isə məsuliyyəti əlbəttə ki, erməni hakim siyasi dairələri daşıyacaq.

sia.az

Digər xəbərlər