"Prezident Ermənistanı ifşa etməklə Azərbaycanın mövqeyini ortaya qoydu” ÖZƏL-MÖVQE

“BMT Baş Assambleyasında Prezident İlham Əliyevin çıxışı hazırda beynəlxalq münasibətlər sistemində yaşanan problem fonunda aktual idi”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.Politoloqun sözlərinə görə, Prezidentin toxunduğu məsələlər demək olar ki, dünyanı və xalqları narahat edir: “Burada əsas ağırlıq və bu problemləri yaradan böyük dövlətlər və havadarlıq etdiyi bəzi kiçik ölkələrdir. Məhz bu çıxışda əsas toxunduğu məqam hazırda Cənubi Qafqazda əsas münaqişə ocağı olan Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətidir. Hesab edirəm ki, BMT ssesiyasının keçirildiyi bir ərəfədə Ermənistanın təxribatlarını davam etdirməsi və dövlət başçısının geniş xülasə ilə bu barədə böyük tribundan çıxışı Ermənistanda Paşinyan iqtidarının işğalçı siyasətini dünya birliyinə çatdırdı. Və bu xüsusda toxunduğu məsələlər bir daha Qarabağ məsələsini, ölkəmizin ərazi bütövlüyünü diqqətlərə çatdırdı. Düşünürəm ki, bir daha dünya hazırda Ermənistanın tutduğu bu aqressiv siyasətdən xəbərdar oldu. Dövlət başçısı İlham Əliyev BMT tribunasından bu çıxışı etməklə, beynəlxalq məsələlərdə Azərbaycanın tutduğu yeri və Ermənistanı ifşa etməklə aydın şəkildə Azərbaycanın mövqeyini ortaya qoydu”.

sia.az