Siyasət

  • 5 853

Prezident BMT tribunasından bir daha erməni hakimiyyətinin cinayətkar mahiyyətini açıb - ŞƏRH ÖZƏL

image

"Cənab Prezidentin BMT-dəki çıxışında dünya ictimaiyyətin diqqətinə çatdırdığı əsas məsələlərdən biri Ermənistanın hərbi siyasi rəhbərliyin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin danışıqlar yolu ilə həll olunmasına nöqtə qoyan- "yeni ərazilər uğrunda yeni müharibə", mülkü vətəndaşlardan ibarət silahlanmış mülki könüllü dəstələrin yaradılmasının elan edilməsi, təcavüzkar siyasətin davam etdirilməsi və faşizmin qəhrəmanlaşdırılması olmuşdur". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.Deputat bildirib ki, cənab Prezident BMT tribunasından bir daha erməni hakimiyyətinin cinayətkar mahiyyətini açıb: "Qeyd etmək istəyirəm ki, ermənilərin mütəmadi təxribatlar və diversiyaların reallaşdırılmasına çalışması və regionda təhlükəsizliyin pozulmasına cəhd etdiyini ifadə etməklə baş verə biləcək hər hansı hərbi gərginliyə görə məsuliyyəti Ermənistan hakimiyyəti daşıyır".A.Badamov vurğulayıb ki, ölkə Başçısı Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsinin bu günə qədər icra etmədiyini bildirmiş və BMT öz nizamnaməsinə uyğun dünyada beynəlxalq hüququn təmini və ədalətin bərpası üçün fəaliyyətini yeni dövrün çağırışlarına uyğunlaşdırılmasının vacibliyini qeyd etmişdir: "Ümumilikdə cənab Prezident öz çıxışı ilə dünya səviyyəli lider olduğunu bir daha sübut etdi".

sia.az

Digər xəbərlər