“Xeyriyyə klubu”nin fəalları YAP veteranını ziyarət edib

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin nəzdində fəaliyyət göstərən “Xeyriyyə klubu”nun bir qrup gənc fəalı partiya veteranı Qənirə Məmmədovanı evində ziyarət edib.

Şəhid ailələrini, müharibə veteranlarını, xüsusi qayğıya ehtiyacı olan insanları daima diqqətdə saxlayan partiya fəalları Qənirə Məmmədovanın gündəlik qayğıları, problemləri ilə yaxından maraqlanıblar.
Səmimi keçən görüş zamanı Qənirə Məmmədova ötən günlərin xoş xatirələrini yada salıb, müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə partiyanın yaranmasından danışıb. Partiya veteranı Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında, dövlətimizin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb, gənclərə tövsiyələrini verib.
Daha sonra Qənirə Məmmədova göstərilən xüsusi diqqət, qayğı və dəstəyə görə Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı cənab İlham Əliyevə, YAP Gəncə şəhər təşkilatının rəhbərliyinə minnətdarlığını bildirib.

yap.org.az