Siyasət

  • 6 151

Aydın Hüseynov: Azərbaycan Ermənistanın bütün təxribatlarına layiqli cavab verəcəkdir

image

Bu gün Azərbaycan Ordusu Ermənistanın başlatdığı hərbi təxribatlara amansızcasına və layiqli cavab verməyə qadirdir. Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, Aydın Hüseynovun sözlərinə görə, Ermənistanın rəhbərliyi süni danışıqlarla Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə mane olur, status-kvonu indiki vəziyyətdə saxlamağa çalışır. “İyul ayında baş verən hərbi təxribat, mülki vətəndaşlara qarşı terror aktları, avqustda diversiya qrupunun göndərilməsi Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Ancaq Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etmək və Ermənistanın bu siyasinə qoşulmaq niyyətində deyil. “Fakitiki olaraq Ermənistanın rəhbərliyi neçə müddətdir ki, təcavüzkar siyasətini davam etdirir və ardıcıl təxribatlar törətməklə danışıqlar prosesini pozur. Ali Baş komandanımız Cənab İlham Əliyevin də bəyan etdiyi kimi indiki şəraitdə işğalçı dövlətin rəhbərliyinin cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqların əhəmiyyətini itirir. Paşinyan öz cəfəng fikirləri ilə danışıqlar prosesinə ciddi zərbə vurur və “Qarabağ Ermənistandır” deməklə danışıqlar prosesini mənasız edir”.
A.Hüseynov qeyd edib ki, Azərbaycan heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacaq və oyuncaq kriminal xunta rejimi ilə heç bir təmaslardanı söhbət gedə bilməz: “Bu gün BMT öz qəbul etdiyi qətnamələrə əməl olunmadığını görür, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, digər beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlığı ilə bağlı qəbul etdikləri sənədlərə məhəl qoyulmadığının şahididirlər, ATƏT-in Minsk qrupu sülh danışıqlarının heç bir nəticə vermədiyini çox yaxşı anlayır. Belə bir vəziyyətdə Azərbaycanın öz torpaqlarını azad etməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlamasını da artıq yaxşı dərk etməlidirlər”.
A.Hüseynov bildirib ki, bu gün Ermənistan bütün gücü ilə silahlanmağa, müharibəyə hazırlaşır. Müxtəlif ölkələrdən terrorçu qrupları Qarabağa toplayır.
müharibəyə hazırlaşır. “ Ermənistanın təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Əgər Ermənistan öz çirkin planlarından əl çəkməsə, onun üçün nəticələr çox ağır olacaq. Azərbaycanın bir şərti var, işğalçı Ermənistan hərbçilərinin torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmasıdır. Prezidentimizin də ötən gün bəyan etdiyi kimi əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, BMT-nin qətnamələrinə məhəl qoymursa Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün zəruri addımları atacaq: “Azərbaycam heç vaxt ərazisinin 20 faizinin itirilməsi ilə barışmayacaq. Azərbaycan döyüşkənlik əzmi, hərbi gücü və digər məsələlərdə Ermənistandan müqayisəolunmaz dərəcədə yüksəkdədir. Azərbaycan illərdir ki, beynəlxalq təşkilatlardan münaqişənin sülh yolu ilə həllini tələb edir, süni danışıqların nəticə vermədiyini anladır və artıq xaqlın və dövlərin səbrinin tükəndiyini, öz ərazilərini işğaldan azad etmək məcburiyyətində qaldığını bəyan edir. Bunu bütün dünya dövlətləri birdəfəlik anlamalıdır. Ali Baş Komandan İlham Əliyev çox açıq və konkret şəkildə erməni terrorizminin arxasında dayanan güclərə xəbərdarlıq etdi, bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin daşıdığını anlatdı. Ermənilərin hiyləgərliklə və xəbisliklə hərbi təxribatlar törətməsinin yaxşı nəticələnməyəcəyini bəyan etdi. Bu gün hamı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib, Onun əmrini gözləyir. Əmin olmaq lazımdır ki, Qarabaq ermənilərdən tezliklə azad olunacaq”.

yap.org.az

Digər xəbərlər