Siyasət

  • 6 061

“Prezidentin BMT-dəki çıxışı təcavüzkar Ermənistana böyük zərbə vurdu” Məşhur Məmmədov

image

“Bu gün Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 28-ci ili tamam olub. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edildi. BMT-nin tamhüquqlu üzvlüyünə qəbul olunmaqla Azərbaycan ilk növbədə beynəlxalq səviyyədə özünün maraq və mənafelərini müdafiə etmək üçün əlverişli tribuna qazandı”. Bu fikirləri “SƏS” qəzetinə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.M.Məmmədov onu da bildirib ki, ən mühüm məqam odur ki, Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına, multikulturalizm dəyərlərinin yayılmasına göstərdiyi təşəbbüslər BMT tərəfindən ən yüksək səviyyədə dəstəklənir: “Bütün bunlar Azərbaycanın BMT-nin nüfuzlu üzvü olmasından xəbər verir. Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında ümumilikdə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür”.“Azərbaycan Proezidentinin BMT-dəki çıxışı təcavühkar Ermənistana sarsıdıcı zərbə oldu", -deyən M.Məmmədov vurğulayıb ki, İlham Əliyev çıxışında konkret olaraq "Sizin 7 şərtiniz var, lakin bizim bir şərtimiz var. Dəfələrlə dediyimiz kimi, o şərt də ondan ibarətdir ki, qeyd-şərtsiz, sözsüz bizim torpaqlar geri qaytarılmalıdır", bildirib. Prezident bu çıxışı ilə artıq bütün dünya ictimaiyyəti Ermənistanın işğalçılıq siyasətini tam başa düşdü”.Millət vəkilinin sözlərinə görə, Prezident çıxışında açıq mövqe ortaya qoydu, işğalçılar şərtsiz bizim torpaqları qaytarmalıdırlar: “Çünki bu gün istər xarici siyasətimizdə, istər iqtisadi, istər qonşu ölkələrlə münasibətlərdə, istərsə də beynəlxalq qurumlarla əlaqələrdə mövqeyimiz tam bəllidir və bunun qarşısında torpaqlarımız geri qaytarılmalıdır. Azərbaycan Prezidenti də dəfələrlə qeyd edib ki, biz məsələnin sülh yolu ilə həll edilməsini istəyirik. Bununla əlaqədar çalışacağıq ki, münaqişə sülh yolu ilə həll olunsun və Azərbaycanını güclü ordusu, rəşadətli əsgərlərimizin gücü ilə Qarabağımızı, işğal altında olan torpaqlarımızın bir qarışı da belə qalmadan hamısını geri alacağıq”.M.Məmmədov Prezident İlham Əliyev çıxışı zamanı işğalçı ölkənin təxribatçı və inasizt ölkə olduğunu bir daha dünyaya açıqladı: “Prezident İlham Əliyevin çıxışı zamanı bildirib ki, nasizm bu təcavüzkar ölkənini dövlət siyasətidir və mənfur nasist general Qareqin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistanın bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrinası və milli təhlükəsizlik strategiyası qəbul edilib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”.Millət vəkili, həmçinin Azərbaycan Prezidentinin dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı olmasını vurğulamaqla beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə bir çağırış olduğunu dedi: “Prezident İlham Əliyev çıxış zamanı bildirdi: “Qoşulmama Hərəkatı təsdiq edir ki, narahatlıq doğuran yeni sahələr və çağırışlar meydana gəlib. Burada BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq öhdəlik yenidən nümayiş etdirilməlidir. Dövlətimizin başçısı bildirir ki, insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir. Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. Bir sözlə, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışı ermənilər üçün çox ağır olacaq. Beləliklə, əminliklə söyləmək olar ki, Azərbaycan Prezidenti düşmənə qarşı informasiya savaşını uğurla davam etdirir”.

sia.az

Digər xəbərlər