YAP Ucar rayon təşkilatında bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatının qərargahında bu il ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclərlə görüş keçirilib.

Ucar şəhər 4 saylı tam orta məktəbin məzunları Əzizxanım Əliyeva və Kimyaxanım Babayeva, Qarabörk kənd tam orta məktəbin məzunu Sara Orucova və Şahlıq kənd tam orta məktəbin məzunu Aidə İsmayılova, eləcə də, onların valideynlərinin iştirak etdiyi görüşü açan rayon təşkilatının sədri Şəhla Abdullayeva rayon üzrə ali məktəblərə qəbulun nəticəsi haqqında məlumat verib, tələbə adını qazanan gənclərə uğurlar arzulayıb.
Görüşdə iştirak edən Milli Məclisin deputatı Ramil Həsən qəbul imtahanlarında uğur qazanan gəncləri və onların valideynlərini təbrik edərək qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində təhsilin inkişafı prosesində mühüm nəticələr əldə olunur.
Millət vəkili gənclərə tutduqları yolda dövlətimizin milli maraqlarını hər zaman üstün tutmağı, həmçinin gənclər siyasətinin fəal iştirakçıları olmağı tövsiyə edib.
Tədbirdə valideynlər adından Arif Əhmədov çıxış edərək təhsil sahəsində qazanılan uğurların əsasında ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasətin dayandığını diqqətə çatdırıb.
Sonda tələbələrə hədiyyələr təqdim olunub.

yap.org.az