PDF Oxu

Siyasət

  • 1 293

“YAP-ın Türk dünyası və Asiya ölkələrinin siyasi partiyaları ilə əlaqələri genişlənib” - Tahir Budaqov

image

“Əməkdaşlıq memorandumlarının imzalanması qardaş ölkələr və xalqlar arasında əlaqələrin inkişafına töhfə verən partiyalararası münasibətlərin davamlı inkişafına şərait yaradıb”.SİA xəbər verir ki, bu sözləri YAP sədrinin müavini Tahir Budaqov Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.O bildirib ki, Türk dünyasının aparıcı siyasi partiyaları ilə münasibətlərin qurulması və möhkəmləndirilməsi istiqamətində Şimali Kiprin Ulusal Birlik Partiyası ilə fəal əməkdaşlığın əsası qoyulub.T.Budaqov qeyd edib ki, partiya sədri, Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstelin dəvəti ilə YAP nümayəndə heyətinin Şimali Kiprə beş səfəri baş tutub. Bu səfərlər çərçivəsində yüksək səviyyəli şəxslərlə görüşlər keçirilib, 2023-cü il noyabrın 15-də YAP, Türkiyənin Ədalət və İnkişaf Partiyası və Ulusal Birlik Partiyası arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.YAP sədrinin müavini vurğulayıb ki, YAP və Ulusal Birlik Partiyası arasında Mərkəzi Aparatda, eləcə də Antalya Diplomatiya Forumu çərçivəsində görüşlər keçirilib. Həmçinin hər iki partiyanın nümayəndələri 2024 və 2025-ci illərdə Şuşada keçirilən beynəlxalq konfranslarda iştirak ediblər.O bildirib ki, hesabat dövründə Türkmənistanın Türkmənistan Demokratik Partiyası ilə də əməkdaşlıq əlaqələri qurulub. Partiyanın nümayəndələri 2025 və 2026-cı illərdə YAP-ın təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq konfranslarda, eləcə də Bakıda təşkil olunan AİKCAP Asiya Mədəniyyət Forumunun iclasında iştirak ediblər.T.Budaqov qeyd edib ki, Şimali Makedoniyanın Türk Demokratik Partiyası ilə də münasibətlərin əsası qoyulub. Onun sözlərinə görə, 2022-ci il mayın 10-da YAP ilə Makedoniya Türk Demokratik Partiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Partiyanın nümayəndələri YAP-ın 30 illik yubileyi tədbirində, AİKCAP-ın Bakıda keçirilmiş xüsusi konfransında və Şuşada təşkil olunan beynəlxalq konfranslarda iştirak ediblər.YAP sədrinin müavini bildirib ki, hesabat dövründə Tacikistanın Tacikistan Xalq Demokratik Partiyası ilə əlaqələr də bərpa olunub. Tacikistan Xalq Demokratik Partiyasının nümayəndələri 2025 və 2026-cı illərdə Şuşada keçirilən beynəlxalq konfranslarda iştirak ediblər.T.Budaqov Vyetnam Kommunist Partiyası ilə əlaqələrin də yeni müstəviyə yüksəldiyini bildirib. O qeyd edib ki, 2023-cü il noyabrın 20-də YAP ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq sazişi imzalanıb. 2026-cı il yanvarın 26-da isə YAP nümayəndə heyətinin Vyetnam Kommunist Partiyasının baş katibi To Lam və digər yüksək vəzifəli şəxslərlə görüşləri keçirilib.O əlavə edib ki, Kamboca Xalq Partiyası ilə əməkdaşlıq da davam etdirilib. Kamboca Xalq Partiyasının nümayəndə heyətləri YAP-ın 30 illik yubileyi tədbirində, AİKCAP-ın Bakıdakı konfranslarında, eləcə də Şuşada keçirilən beynəlxalq konfranslarda iştirak ediblər. YAP nümayəndələri isə Kambocada keçirilən parlament seçkilərini AİKCAP-ın müşahidə missiyası çərçivəsində izləyib və Kamboca Xalq Partiyasının ev sahibliyi ilə keçirilən AİKCAP tədbirlərində iştirak ediblər.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər