PDF Oxu

Siyasət

  • 1 269

“YAP xalqın milli iradəsinin və dövlətçilik düşüncəsinin təzahürü kimi yaranıb” - Arif Rəhimzadə

image

“Yeni Azərbaycan Partiyasının yaranması ölkənin ən ağır tarixi sınaqlardan keçdiyi bir dövrdə xalqımızın milli iradəsinin, gələcəyə olan inamının və dövlətçilik düşüncəsinin təzahürü kimi meydana çıxıb”.SİA xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.O bildirib ki, siyasətdə və dövlətçilikdə zaman anlayışı yalnız illərin bir-birini əvəz etməsi deyil, həm də siyasi təşkilatların tarixi səhnədəki rolunu və dayanıqlılığını müəyyən edən mühüm meyardır.A.Rəhimzadə qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın işğal və daxili böhranla üzləşdiyi bir vaxtda xalq Heydər Əliyevin siyasi iradəsində nicat yolu görüb. Onun sözlərinə görə, 1992-ci ildə Naxçıvanda, blokada şəraitində əsası qoyulan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın birliyinə, milli dəyərlərinə və dövlətçiliyinin möhkəmləndirilməsinə xidmət edən siyasi qüvvə kimi tarix səhnəsinə çıxıb.YAP Veteranlar Şurasının sədri vurğulayıb ki, partiyanın ideologiyası ilk gündən milli dəyərlərə, azərbaycançılıq konsepsiyasına, hüquqi dövlət quruculuğuna və ədalət prinsiplərinə əsaslanıb.O qeyd edib ki, Yeni Azərbaycan Partiyası zaman keçdikcə xalqın etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib. Onun sözlərinə görə, partiyanın əsas missiyalarından biri cəmiyyətin ümummilli məqsədlər ətrafında birləşdirilməsi olub.A.Rəhimzadə bildirib ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda siyasi sabitliyin təmin edilməsi, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın və ordu quruculuğunun əsaslarının yaradılması, həmçinin ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb.YAP Veteranlar Şurasının sədri qeyd edib ki, hazırda ölkənin inkişafı istiqamətində həyata keçirilən işlər müəyyən edilmiş strateji xətt üzrə davam etdirilir. O bildirib ki, Azərbaycan iqtisadi və sosial inkişafını təmin edir, regional və beynəlxalq əməkdaşlıq proseslərində fəal iştirak edir.A.Rəhimzadə vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı təmin olunur.O, həmçinin Dünya Bankının hesablamalarına istinad edərək 2003-2025-ci illərdə Azərbaycanda yoxsulluq səviyyəsinin 49 faizdən 5,3 faizə qədər azaldığını bildirib.A.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və beynəlxalq müstəvidə fəal rol oynayan dövlətlərdən birinə çevrilib. Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə də ölkə təşkilatın fəaliyyətinə mühüm töhfələr verib.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər