Siyasət

  • 6 017

Ermənilər terror qruplaşmalarının Qarabağa transferini etriraf edirlər ANALİTİK+FAKT

image

Armenianreport: “Dümənimin düşməni mənim dostumdur…”

Son vaxtlar müxtəlif xarici media qurumlarında Ermənistan hərbi-siyasi rəhbərliyinin ölkə ərazisinə, eləcə də işğal altındakı Qarabağa Yaxın Şərq ölkələrinə bağlı olan müxtəlif silahlı qruplaşmaları, o cümlədən terror təşkilatlarına məxsus silahı dəstələrin transferləri ilə bağlı müxtəlif mənbələrə və faktlara əsaslanan yazılar, informasiyalar yer almaqdadır. Belə faktlardan biri də PKK/PJK terror qruplaşmalarının Suriyadan, İraqdan və İran ərazisindən Ermənistana sızdırılmaları barədədir. Düzdür, Ermənistanın hərbi-siyasi dairələri bu xəbərləri hər vəchlə inkar edir, guya belə bir transferlərin olmadığını iddia edirlər. Amma maraqlı məsələ budur ki, erməni KİV-ləri bu haqda yayılan xəbərləri təkzib etmirlər, hətta dolayısı ilə həmin faktları ictimailəşdirirlər. Həmçinin, baş nazir Nikol Paşinyanın bu siyasətini ən sərt və kəskin şəkildə hədəfə alırlar. Bəs məsələ daha nədədir?
“Əgər söhbət PKK-nın (Kürd Fəhlə Partiyasının) hərbi bölmələrinin bizim ordunun tərkibində aparacağı hərbi əməliyyatlarından gedirsə, qeyri-iradi belə bir sual verirsən: ordumuzda hər şey yerindədirmi?”
Belə etiraflardan birini Ermənistanın aparıcı müxalifətyönlü saytlarından biri olan Armenianreport “Düşmənimin düşməni mənim dostumdur -Uzun müddətəmi?” sərlövhəli başlıqlı yazı dərc edib. Yazıda əsasən, Paşinyanın orduda apardığı “islahatlar” hədəfə alınaraq, nəticəsinin ölkə və dövlətçilik maraqları üçün ziddiyyət daşıdığı, ağır fəsadlara səbəb olacağı ətrafında sərt fikirlər yer alıb.SİTAT: “Əgər söhbət PKK-nın (Kürd Fəhlə Partiyasının) hərbi bölmələrinin bizim ordunun tərkibində aparacağı hərbi əməliyyatlarından gedirsə, qeyri-iradi belə bir sual verirsən: ordumuzda hər şey yerindədirmi?”Armenianreport bu məqamda Tovuz hadisələrinə toxunur və hakimiyyətin bu məsələdəki “qələbə”, “şücaət” xarakterli çıxışlarına nəzər salır, hətta “qəhrəmanlıq” göstərmiş erməni əsgər və zabitlərin dövlət tərəfindən mükafatlandırılmalarına toxunur və s. Əlbəttə, ermənilər hər zaman öz uğursuzluqlarını yaratdıqları mifləri ilə ört-basdır etməyə çalışıblar. Bu dəfə də həmin məsələ ətrafında var-gəl edən adıçəkilən erməni saytı nə qədər maraqlı görünsə də, müəyyən məsələlərdə ilginc faktları da ortaya çıxarıb.SİTAT: “Belə təəssürat yaranır ki, hər şey yaxşıdır və mövcud mərhələdə yeganə məsələ əldə olunmuş uğurları möhkəmləndirmək, iyuldakı effektliyi və ordu quruculuğunu davam etdirmək. Bəs biz bunun yerinə nəyi müşahidə edirik? Bu guya ki, “orduya dəstək üçün” mülki alayların yaradılması və Anna Akopyan tərəfindən “qadınların hərbi hazırlığı üçün kursların” təşkil olunmasıdır. Özü də “Arsaxın” (Qarabağın-red) ərazisində. Digər bir sıra məsələlərə toxunacağıq”.Beləliklə, sözügedən məsələ ətrafında analitik təhlil aparan erməni saytı yazır ki, burada söhbət yalnız mülki alayların yaradılması təşkili deyil, həm də həmin proses ətrafında vaxtın, şəraitin, xaotikliyin və tələskənliyin müşahidə olunmasıdır.
“Bunun nəticəsi çox kədərli olacaq və bizim hər birimizin gələcəyinə ağır təsir göstərəcək”
SİTAT: “Əgər ordu qarşısında qoyulmuş tapşırıqların öhdəsindən gəlməyi bacarırsa, bu zaman, hələ də məqsədi bəlli olmayan daha bir formalaşmanın yaradılması aydın deyil. 100 minlik formalaşmanın ehtimal olunan effektliyi nəyi həll edəcək ki, üstəlik orada baş nazirin dediyi kimi qadınlar, özü də heç bir say məhdudiyyəti olmadan xidmət göstərəcəklər. Çünki 100 minlik formalaşmanı silahlandırmaq, bütün lazım olan vasitələrlə təmin etmək lazımdır. Axı bütün bunlar onsuz da əriyib-yox olmağa davam edən büdcədən gedəcək. Bilmirəm siz necə düşünürsünüz, amma mənim üçün belə aydın görünür: alayların yaradılması hökumətin populist gedişindən başqa heç nə deyil. Üstəlik, bunun nəticəsi çox kədərli olacaq və bizim hər birimizin gələcəyinə ağır təsir göstərəcək”.Armenianreport bunun ardınca Nikol Paşinyanın arvadı Anna Akopyanın Qarabağa səfərinə toxunur və bu səfəri “turistik səfər” adlandırır, üstəlik, kütləvi şəkil alan selfi-təlimlərindən yazır.SİTAT: “Onsuz da Akopyanı birinci ledi kimi deyil, sadəcə, adi qadın kimi görən respublika əhalisi qarşısında belə addım atmağa hansı ehtiyac var idi? Hər kəs onun oyunbazlıqlarından yorulub və baş nazirin arvadı olmasına baxmayaraq, erməni qadını cildindən çıxıb. Yumşaq desək, özünü ucuz kloun kimi təqdim edir”.Sayt bunun ardınca mövzunun əsas tərəfinə - Yaxın Şərqdən, Livandan və Suriyadan transferləri məsələsinə toxunur və əslində dolayısı ilə həmin reallığı etiraf edir.
“Baş nazir Nikol Paşinyanın “Artsaxa” (Qarabağa-red.) Suriyadan, Livandan, Yaxın Şərqdən çıxanları yerləşdirməsi...”
SİTAT: “Lakin daha böyük problem də var ki, onun barəsində bu gün danışmasan olmaz: baş nazir Nikol Paşinyanın “Artsaxa” (Qarabağa-red.) Suriyadan, Livandan, Yaxın Şərqdən çıxanları yerləşdirməsi. Tarix göstərir ki, xarici erməniçilik dəfələrlə Ermənistan xalqına “köməyə” (dırnaqlar bizimdir-red.) yetişib. Pis günlərdə də yaxşı günlərdə də bizim dünyanın hər yerində olan erməni qardaşlarımız ilk çağırışdaca bizə “yardıma” gəliblər”.Təhlilin müəllifi buna sübut kimi “milli qəhrəman” adlandırdığı və birinci Qarabağ müharibəsində azərbaycanlıları kütləvi şəkildə qətlə yetirən, Ermənistanın işğalçılıq və təcavüzkar siyasətinin aparıcı terrorçularından olan Livan ermənisi, daşnak üzvü Monte Melkonyanı göstərir.SİTAT: “Lakin pəncərədən çöldə 90-cı illər deyil... Təəssüf ki, qloballaşma və məsafələr öz işlərini görüblər: bir faktı göstərmək olar ki, bugünkü maraqlar patriotizmə deyil, əsasən material maraqlara söykənir. Bundan əlavə, söhbət səmimi ermənilərdən gedərkən, digər bizə yaxın millətlərdən - əsrlərdir (???-red.) Ermənistan ərazilərində yaşayan kürdlərdən gedir. Belə bir qədim misal var: mənim düşmənimin düşməni-mənim dostumdur. Heç kimə sirr deyil ki, kürdlər azsaylı, lakin mübariz xalqdır...”Söhbəti məhz bu məcraya yönəldən erməni saytı həm də erməni həyasızlığı nümayiş etdirərək, kürdləri “türklərin düşmənləri” kimi qələmə verir, unudur ki, bu gün Türkiyənin ərazisində yaşayan bir çox millətlər, o cümlədən kürdlər bütün imtiyazlara, hətta parlamentlərdə deputat yerlərinə və s. malikdirlər. PKK/PJK kimi silahlı qruplaşmalar isə bilavasitə terror təşkilatları kimi tanınırlar və onların kürd xalqına heç bir bilavasitə bağlılıqları yoxdur. Necə deyərlər, terrorçunun, caninin milləti olmur!Məhz bu reallığı kənara qoymaqla, PKK terror təşkilatını kürd xalqı adından Türkiyənin barışmaz düşməni adlandıran Armenianreport sübut edir ki, artıq Ermənistanın və işğal altındakı Qarabağın ərazilərində həmin terrorçular yerləşməyə başlayıblar – azərbaycanlı mülki insanları qətlə yetirmək, işğalçılıq siyasətinə dəstək göstərmək və qan axıtmaq üçün!
“Onlar yalnız dağlıq ərazilərdə hərbi əməliyyatlar aparmağı bacarmırlar, həm də diversiya törətmək imkanlarına malikdirlər ki, bu da bizim regionda assimmetrik fəaliyyəti cəhətindən münbitdir...”
Bütün bunların müqabilində erməni saytı PKK terror təşkilatı tərəfindən Türkiyədə törədilən, mülki şəxslərin öldürülməsi ilə nəticələnən qanlı aksiyaları dəstəkləndiyini yazır, üstəlik Ermənistan hökuməti tərəfindən də alqışlandığını açıq-aşkar, həyasızcasına yazır.SİTAT: “Türkiyənin şimal əyalətlərindən verilən gündəlik məlumatlar sübut edir ki, kürd xalqı öz dövlətinin qurulması məqsədindən əl çəkməyəcək. Erməni hökuməti kürdlərin bu məsələdəki addımlarını diqqətdə saxlayır və dəstəkləyir. Əgər söhbət PKK-nın (Kürd Fəhlə Partiyasının) hərbi bölmələrinin bizim ordunun tərkibində hərbi əməliyyatlarından söhbət gedirsə, qeyri-iradi belə bir sual verirsən: ordumuzda hər şey yerindədirmi?”
Göründüyü kimi, daha bir etiraf və daha bir terror dəstəyi. Çünki Armenianreportun təhlilində yazılır ki, əgər PKK erməni ordusu ilə birgə silahlı əməliyyatlara başlayarsa, bu onların xeyrinə ola bilər.SİTAT: “Döyüşçülərin (PKK-çıların - red.) bizim ölkəyə göndərilməsi rəqəm və masştabları barədə məlumatlara baxarkən, aydın olur ki, onlar yalnız dağlıq ərazilərdə hərbi əməliyyatlar aparmağı bacarmırlar, həm də diversiya törətmək imkanlarına malikdirlər ki, bu da bizim regionda assimmetrik fəaliyyəti cəhətindən münbitdir...”
“Paşinyan dəyəri min dollar olan kostyumlar geyinir, qara kürü yeyir və qiyməti yarım milyon dollara olan saat taxır, qarajında lüks-vtomobillər toplayıb”
Erməni saytı digər bir məqama da toxunaraq yazır ki, əgər Paşinyan və onun əlaltıları siyasətdən kənara atılarlarsa, bu zaman ölkəyə cəlb olunmuş və bir çox dünya ölkələri tərəfindən terrorçular kimi tanınan qruplaşmalar nəinki Paşinyanın özünə, həm də bütün ölkəyə mənfi təsirlər göstərəcəklər.SİTAT: “...Təəssüf ki, biz barrikadalarda Paşinyanın saqqallı sifəti, kepkada və əli bintli şəkildə necə görmüşdüksə, elə də qalıb. Bəli, o dəyəri min dollar olan kostyumlar geyinir, qara kürü yeyir və qiyməti yarım milyon dollara olan saat taxır, qarajında lüks-vtomobillər toplayıb. Lakin həmin adamdır, başında kepka ölkəni elə bir turbulentliyə salıb ki, oradan çıxmaq üçün hətta kürd qiyamçıları belə bizə dəqiqliklə kömək edə bilməyəcəklər”.

sia.az

Digər xəbərlər