"Ermənilər çox iyrənc və mundar mövqe nümayiş etdirməyə çalışırlar" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə, uzun illərdir ki, ermənilər istər real həyatda, istərsə də ideoloji sahədə təxribata əl atırlar və ictimai rəyi çaşdırmağa cəhd göstərirlər. Düşünürəm ki, bu proseslərdə təkcə medianın deyil, bütün vətəndaşların üzərinə kifayət qədər ciddi iş düşür və məsuliyyətli olmaları tələb olunur”. Bunu SİA-ya YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.Baş redaktorun sözlərinə görə, ermənilərin dezinformasiya xarakterli məlumatları nəinki elektron media üzərindən, eləcə də sosial şəbəkələrdə daha qabarıq şəkildə özünü göstərir: “Hesab edirəm ki, burada jurnalistlərimiz, mətbuat əməkdaşları, Azərbaycan vətəndaşları tam diqqətli və məsuliyyətli olmalıdırlar. Biz o təxribat xarakterli məlumatlara baxanda artıq ilk baxışdan görürürük ki, həmin məlumatlar müasir günümüzün reallığını əks etdirmir. Biz ən başlıcası rəsmi məlumatlara üstünlük verməliyik. Biz xüsusilə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməliyik. Axı nəyə görə, biz qeyri-rəsmi məlumatlara istinad etməliyik. Bu işlərdə hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalıdır. Bizim ermənilərlə müharibəmiz təkcə ön cəbhədə deyil, arxa cəbhədə də davam edir. Ermənilər çox iyrənc və heç bir prinsipə söykənməyən mundar mövqe nümayiş etdirməyə çalışırlar. Ermənilər hər zaman yaramaz və yarıtmaz əməlləri ilə seçiliblər. Heç şübhəsiz ki, insanlarımız informasiyanın təxribat xarakteri daşıyıb-daşımadığını bəzən ayird etməkdə çətinlik çəkə bilərlər. Biz çap mətbuatında, elektron mediada, sosial şəbəkələrdə ciddi arqumentlərə əsaslanan yazılarla çıxış etməliyik. Bəzən həssas məqamlarda bir də görürsən ki, anidən bir çox saytlar ortaya çıxır və dezinformasiya yaymaqla məşğul olurlar".

sia.az