PDF Oxu

Siyasət

  • 6 594

"Əli silah tutan Azərbaycan övladı kimi şanlı qələbəyə hazırıq" ÖZƏL-MÜNASİBƏT

"Əli silah tutan Azərbaycan övladı kimi şanlı qələbəyə hazırıq" ÖZƏL-MÜNASİBƏT

"Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Qazax, Gədəbəy, Goranboy, Tərtər və Ağdam rayonları istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Lakin qürurverici haldır ki, rəşadətli Azərbaycan Ordusu təxribatın qarşısını böyük cəsarətlə alıb və ermənilər çoxsaylı itki veriblər. İşğalçılar bu dəfə də istəyinə nail ola bilməyib və layiqli cavabını alaraq geri oturdulub". Bunu SİA-ya YAP İcra Katibliyinin Gənclərlə İş qrupunun rəhbəri Elmar Məmmədov deyib. Onun sözlərinə görə, mənfur düşmən yenə də öz çirkin xislətinə sadiq qalaraq sərhəddə süni gərginlik yaradaraq yenə də qeyri - konstruktivlikdən əl çəkməyəcəyini, yeni ərazilər əldə etmək cəhdinin növbəti təxribatı olduğunu göstərmiş oldu. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazır olduğunu, düşməndən dəfələrlə üstün olduğunu bir daha bütün dünyaya sübut etdi. Təbii ki, bütün bu hücumların yalnız bir səbəbi var - o da mənfur düşmənin yeni ərazilər işğal etmək niyyətidir. Lakin ordumuz yenə də düşmənə layiqli cavabı verir və verməkdə davam edir. Düşmən ağır itkilər verərək geri otuzdurulub, Şanlı Ordumuz növbəti hücumların qarşısını almaq məqsədilə hərbi əməliyyatları davam etdirir. Və bu hərbi əməliyyatlar beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə uyğun olaraq həyata keçirilir, mülki əhaliyə qarşı silah işlədilmir. Hazırda işğal edilmiş ərazilərimizin bir hissəsi düşmən təcavüzündən azad edilmiş və bu şanlı xəbərlərin mütəmadi olaraq gələcəyinə hər birimiz inanırıq. Azərbaycan övladı kimi şanlı qələbə münasibətilə xalqımızı təbrik edirəm. Bu gün hər birimiz Ali Baş Komandanın ətrafında sıx yumruq kimi birləşməli, xalq olaraq Vətən naminə həmrəy olmalı, zərurət olduğu təqdirdə hər birimiz yaşımızdan və tutduğumuz vəzifədən asılı olmayaraq cəbhəyə getməli, torpaqlarımızın işğaldan azad olunması yolunda vuruşmağa və şəhid olmağa hazır olmalıyıq. Hamımız Ordumuzla qürur duyur və tezliklə bizə qəti qələbə xəbərini vermələrini səbirsizliklə gözləyirik. Uca Tanrı Ordumuzu və xalqımızı qorusun!".

sia.az

Digər xəbərlər