PDF Oxu

Siyasət

  • 7 458

Qananla sözlə, qanmayanla güc yolu ilə danışırıq - Fəzail İbrahimli

Qananla sözlə, qanmayanla güc yolu ilə danışırıq - Fəzail İbrahimli

“Bəzi ağzıgöyçəklər belə fikir yaratmışdı ki, sanki müharibə başlayan kimi Azərbaycanın içərisində çaxnaşma baş verəcək. Halbuki bu xalq bu millət birdir,bərabərdir, iradəlidir torpaqsevərdir və sonuna qədər qətiyyətli mövqeyini ortaya qoyacaq”.SİA xəbər verir ki,bunu parlamentin bugünkü plenar iclasında çıxış edən vitse spiker Fəzail İbrahimli deyib.Onun sözlərinə görə, Azərbaycan 30 ildir ki, ATƏT-in Minsk qrupunun məsləhətini yerinə yetiririk:“Nə deyirdilər? Deyirdilər ki, özünüz danışın. Amma necə danışırıq?! Qananı sözlə qanmayanı güclə. Biz güc dilində danışırıq. Haqq bizim tərəfimizdədir. Biz iradə nümayiş etdiririk.Bu da dünya ictimaiyyətində bizi sevməyənləri vahiməyə salıb. O cümlədən də Fransanı”.

sia.az

Digər xəbərlər