“Azərbaycanın Silahlı Qüvvələri cəbhəboyu əməliyyatlar həyata keçirərkən Fransanın prezidenti Makron və digər fransız siyasətçilərin ölkəmizə qarşı fikirləri qəbul edilmir, biz bu fikirləri rədd edirik”.
SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.O bildirib ki, buradan parlament kürsüsündən Makrona müraciət edir: “Əgər onun doğub böyüdüyü şəhər işğal olunsaydı nə edərdi?! Fransanın səfiri ilə görüşlərimizdə də dəfələrlə o, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyini bildirib. Bəs indi niyə Makronun fikri dəyişib? Şübhəsiz ki, bunun ardında ermənipərəst qüvvələr və erməni lobbisi durur. Makron bu bəyanatı ilə gəstərdi ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatına yenidən baxılmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrliyi institutu heç kimin monopoliyası deyil. Fransa buradan dərhal uzaqlaşdırılmalıdır. Çünki heç bir yerdə yazılmayıb ki, 3 həmsədr ölkə daimi seçilir”.
sia.az