Şimali Kipir Türk Respublikasının (ŞKTR) baş naziri Ersin Tatar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi təcavüzkar və işğalçılıq siyasətini sərt şəkildə qınayıb. "ŞKTR olaraq, biz hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq", deyən Ersin Tatar nəinki indi, hər zaman bu fikirdə qaldıqlarını vurğulayıb.SİA xəbər verir ki, Bayrak Radio Televiziyonunda (BRT) yer alan xəbərə görə, televiziya proqramlarının birində qonaq olan ŞKTR-nın baş naziri bir sıra təhlillər aparıb. "Bu üzdən könlümüz, dualarımız, təmənnalarımız Azərbaycanladır. Ana ətənimiz Türkiyə də lazım olan hər şeyi edir", deyə Ersin Tatar vurğulayıb.
sia.az