PDF Oxu

Siyasət

  • 6 499

“Dünya birliyinin susqunluğu fonundan Ermənistanın aqressivliyi və barbarlığı daha da genişlənə bilər” ÖZƏL-MÜNASİBƏT

“Dünya birliyinin susqunluğu fonundan Ermənistanın aqressivliyi və barbarlığı daha da genişlənə bilər” ÖZƏL-MÜNASİBƏT

“Oktyabr ayının 3 və 4-ü tarixlərində Cəbrayıl, Ağdərə, Tərtər rayonları istiqamətində bir sıra ərazilərin düşməndən təmizlənməsi, azad edilməsi və bayraqlarımızın tarixi torpaqlarımızda dalğalanması Ermənistanın militarist, şovinist rəhbərliyini daha da azğınlaşdırıb. Elə bu səbəbdəndir ki, oktyabrın 4-də Gəncə, Mingəçevir, Tərtər, Beyləqan, Xızı və Abşeron raket hədəfinə alındı. Yaralılarımız, həlak olanlarımız oldu, dağıntılar baş verdi. Bütün bunlar isə əlbəttə ki, bir daha Ermənistanın barbarlığını, təcavüzkarlığı nümayiş etdirdi. Ona görə də, buna dünya birliyi susmamalıdır”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Sədaqət Vəliyeva bildirib ki, Gəncənin, Mingəçevirin, Xızı və Abşeronun hədəfə alınması çox dərin mətləblərdən xəbər verir: “Ermənistan hazırda hərbi əməliyyatların getdiyi ərazilərdən uzaq bir yerlərdə mülki şəxsləri hədəfə almaqla Azərbaycanı təxribata çəkmək istəyir. Nəzərə alsaq ki, Gəncə Ermənistandan 60, Mingəçevir isə 100 kilometr uzaqlıqdadır, eyni zamanda, buraxılan raketlərin başlanğıc nöqtəsi Ermənistan ərazisindəndir, deməli Yerevan Bakını açıq şəkildə total müharibəyə cəlb etmək niyyətindədir. Əlbəttə ki, bu, Ermənistanın təkbaşına planı ola bilməz. Burada Ermənistana dəstək verən məlum havadarlarının da iştirakı var”. “Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun inamla irəliləməsi, tarixi ədaləti bərpa etməsi Ermənistanın aqressivliyini və barbarlığını daha da genişləndirə bilər” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, hazırda dünya birliyi, beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupunun üzvləri susmamalıdır: “Bir anlıq təsəvvür edək ki, Azərbaycan Ermənistanın Gəncə və Mingəçevir hücumlarına cavab olaraq raket zərbələri endirir. O zaman biz bu gün Ermənistanın barbarlığına susanların necə canfəşanlıq edəcəyini əyani şəkildə görərdik. Lakin onlar hələ də Yerevanın təcavüzkarlıq əməllərinə susurlar, heç bir addım atmırlar. Əgər beynəlxalq təşkilatlar bu gün Ermənistanın barbar hücumlarını münasibət bildirməsə, Yerevana qarşı tənbeh tədbirləri görməsə, vəziyyət daha da gərginləşə bilər. Neçə illərdir cənab Prezident İlham Əliyev dünya birliyinə Ermənistanın yeni müharibəyə hazırlaşdığını, təcavüzkara qarşı tədbirlər görməyə çağırsa da, heç bir addım atılmadığı üçün bu gün Azərbaycan tarixi ədaləti özü təmin edir. Bu səbəbdən də, nə qədər gec deyil Ermənistanın mülki əhaliyə qarşı hücumlarını dayandırması üçün dünya birliyi hərəkətə keçməlidir. Əks təqdirdə baş verə biləcək hadisələrin məsuliyyəti bu dəfə də Ermənistanın üzərində olacaq”.

sia.az

Digər xəbərlər