PDF Oxu

Siyasət

  • 6 777

"Ermənistan faşizm ideologiyası ilə yaşayır" ÖZƏL-MÜNASİBƏT

"Ermənistan faşizm ideologiyası ilə yaşayır" ÖZƏL-MÜNASİBƏT

"Bu gün işğalçı Ermənistanın əsas istəyi, tələbi bizə tarixən məlumdur. Onlar uzun illərdir ki, “Böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə təxəyyül, ideya ilə yaşayırlar. Ötən əsrin əvvəllərində dünyanın böyük gücləri tərəfindən bu tör-töküntü yığnaq Azərbaycanın tarixi torpaqlarında yerləşdirilib və onlara “dövlət” qurublar". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Depuatın sözlərinə görə, bu dövlət yaranan gündən türk-müsəlman düşmənçiliyik ideyası, faşizm ideologiyası ilə yaşayır: "Bunların yeganə məqsədi qonşu dövlətlərin ərazilərini işğal etmək və ərazilərini genişləndirməkdir. O zamanlar Azərbaycanda dövlətçilik zəif olanda onlar SSRİ rəhbərinin razılığı və köməkliyi ilə torpaqlarımızı işğal etməyə başladılar. 1993-cü ilə qədər Azərbaycanın 20 faizdən artıq ərazisi həmin bu işğalçılar tərəfindən işğal olundu və 30 ilə yaxın da işğal altında qaldı. Bu 30 il ərzində həmin işğalın səbəblərini, motivlərini də bütün beynəlxalq təşkilatlar gördülər və bildilər. Amma bu gün onlar bütün dünyaya haray salıblar ki, Azərbaycanın əks hücumunu dayandırın. Axı Azərbaycan özü bu 30 il idi deyirdi ki, bu işğalı dayandırın, bu işğala son qoyun. Azərbaycanın sözünü eşidən yox idi. Hamı Azərbaycanın bu haqlı, ədalətli çağırışına kor, kar, lal olmuşdu. Amma bu gün bəzi dünya dövlətləri Azərbaycanın işğalı dayandırmasını tələb edirlər və ölkəmizi sülhə səsləyirlər. Azərbaycan onsuz da sülh, danışıqlar tərəfdarıdır. Biz ilk gündən deyirdik ki, müharibə olmasın. Ancaq şərtimiz o idi ki, düşmən ərazimizdən çıxsın və sülh təmin olunsun.Biz yüz, iki yüz bundan öncəyə də baxsaq görərik ki, tarixin bütün dövrlərində ermənilər imkan tapan kimi yaşadıqları yerdəki dinc əhalini qətlə yetiriblər, qətliamlar törədiblər. Yəni bu millətin tərbiyəsində, əxlaqında faşizm ideologiyası var. Onlar o dövrdə öz əsgərlərini topun zəncirinə bağlayırdılarsa, indi isə əsgərlərini sürdüyü maşına, xidmət etdiyi yerə zəncirləyirlər. Azərbaycan tərəfi dəfələrlə bəyan edir və ötən gün Prezident İlham Əliyev bir daha bildirdi ki, biz mülki dinc əhaliyə qarşı müharibə aparmırıq. Bizim vurduğumuz erməni hədəfləridir. Bizim amalımız, yolumuz budur".

sia.az

Digər xəbərlər