ABŞ konqresmentlərinin Azərbaycana qarşı qəbul etdirmək istədikləri qətnamənin heç bir əsası yoxdur. SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.T.Gəncəliyev bildirib ki, cəbhə xəttində uğursuzluğa düçar olan Ermənistan tərəfi ermənipərəst konqresmenləri ələ alaraq Azərbaycana qarşı qətnamə qəbul etdirmək istəyirlər .T.Gəncəliyev Azərbaycan diasporunu bu qətnaməyə qarşı etiraz etməyi və bunun qarşısını almağa çağırıb: “Azərbaycan diasporunna müraciət edirəm ki, onlara qarşı etiraz məktubları göndərsinlər. Azərnbaycan beynəlxalq qanunlar çərçivəsində öz ərazilərini işğaldan azad edir. Heç kəs bizi bu hüququmuzdan məhrum edə biməz. 1165 saylı qətnamənin qəbul edilməsi ilə heç nəyə nail ola bilməyəcəklər. ABŞ Dağlıq Qarabağ və digər ərazisəlri Azərbaycan ərazisi kimi tanıyır. Ona görə də bu qətnamənin heç bir əsası yoxdur”.
sia.az