“İndiyə qədər ABŞ-da Azərbaycanı aqressor, işğalçı kimi göstərməyə cəhdlər olub. Lakin bu baş tutmayıb. Son vaxtlar Azərbaycan ordusunun apardığı əks-həmlə əməliyyatları, eyni zamanda Azərbaycan ordusunun zəfərləri yenidən bu məsələni gündəmə gətirib. Əsas məqam ondan ibarətdir ki, ABŞ konresində ermənipərəst bir neçə konqresmen bu məsələyə yenidən qayıdıb”. SİA-nın məlumatına görə, bunu Arzu Nağıyev Milli Məclisdə jurnalistlər üçün keçirilən brifinqdə deyib.Deputatın sözlərinə görə, onlar çalışırlar ki, yenidən 1165 saylı qətnamə ilə Azərbaycan haqqında xoşagəlməz qərarlar qəbul etdirsinlər: “ABŞ-ın Nümayəndələr Palatasında təxminən 116 nəfərdən ibarət erməni qrupu nə qədər olsalar da, nə qədər bu qətnaməni qəbul etdirməyə çalışsalar da inandırıcı görünmür ki, 435 nəfər üzvü olan Nümayəndələr Palatası tam şəkildə buna səs versin. Buna səs verməmək üçün məlumdur ki, ABŞ-da yaşayan azərbaycanlılar, ümumiyyətlə bütün həmvətənlərimiz Nümayəndələr Palatasının üzvülərinə zənglər, müraciətlər edir və bu qətnamənin qəbul edilməməsi üçün çağırışlar edir”.A.Nağıyev vurğulayıb ki, bBu gün ABŞ-da təxminən 40 min nəfərə yaxın azərbaycanlı yaşayır: “Mənim də bir deputat kimi müraciətim ondan ibarətdir ki, vətənimizin belə bir günündə bütün konqresmenlərə, senatorlara, bütünlükdə beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər ünvanlansın. Düşünürəm ki, Azərbaycan haqq yolundadır və son işğalçı Azərbaycan torpaqlarından çıxana qədər mübarizəmiz davam edəcək. Bütün beynəlxalq təşkilatlar bizi dəstəkləməlidir”.
sia.az