“Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Məhz bu gün dövlətimizin başçısının qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaradıb. Və dövlət başçımızın dediyi “Düşmən tapdağında olan torpaqlarımızı azad edəcəyik” fikirləri, Prezidentimizin qətiyyətlə söylədiyi hər söz, hər kəlmə hər birimizi daxilən səfərbər edib”. Bu fikirləri “SƏS” qəzetinə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.Deputat bildirib ki, sentyabrını 27-dən bu günə kimi işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda savaş gedir: “Artıq 12 gündür ki, Azərbaycan Prezidenti, Ali Baş Komandanın qətiyyəti, güclü Azərbaycan Ordusunun və rəşadətli əsgərlərimizin şücaəti nəticəsində gedən Vətən müharibəsi zamanı hər gün cəbhədən sevindirici xəbərlər alırıq. Dövlət başçımızın dediyi kimi, “Bizim işimiz haqq işidir. Azərbaycan Ordusu hazırda öz torpaqları uğrunda döyüşür”. Tez bir zamanda Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının siyasi-diplomatik sahədə atdığı uğurlu addımı nəticəsində Ermənistan artıq hər tərəfli məğlubiyyətə uğramaqdadır. Hər ötən gün düşmənin istər canlı qüvvəsi, istərsə də hərbi texnika baxımından imkanları tükənməkdədir. Ermənistanın təbliğat maşını nə qədər yalan informasiyalar yaysa da, cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu düşməni darmadağın edərək irəliləyir”.“Bu gün dövlətimizin başçısının qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaradıb”,- deyən millət vəkili Prezidentimizin qətiyyətlə söylədiyi hər sözündən, hər kəlməsində hər birimiz qürur duyuruq: “Çünki dövlət başçımızın dndiyi kimi: “Biz bu gün xalqımızın və dövlətimizin yeni, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpaqlarımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”.M.Məmmədov onu da vurğulayıb ki, oktyabrın 4-də Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi hər bir fikri hər zaman olduğu kimi, bu dəfə də dövlətimizin başçısının diplomatik bacarığının, qətiyyətli mövqeyinin, prinsipiallığının nümayişidir: “Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu”. Göründüyü kimi, dövlətimizin hər bir sözü hər bir vətəndaşda ruh yüksəkliyi yaradır. Çünki dövlət başçımızın dediyi kimi, biz haqq yolundayıq və biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”.Müraciətdə dövlət başçımızın Ermənistanın baş nazirinə diplomatik cavabı da xalqımızda, gənclərimizdə böyük ruh yüksəkliyi yaratdığını deyən millət vəkili M.Məmmədov bildirdi ki, bütün bunlar xalq-hakimiyyət birliyinin nəticəsidir: “İndi desin “Qarabağ Ermənistandır". İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam”.Millət vəkili onu da bildirdi ki, dövlət başçısı etdiyi müraciətlərində də dönə-dönə bildirir ki, ədaləti bərpa etməklə, ərazi bütövlüyümüzü bərpa edilir, Azərbaycan xalqının ümüdlərini doğrulduruq və bundan sonra da doğruldacağıq: “Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır”, - deyən dövlət başçımız “Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümüdlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
sia.az