İşğalçı Ermənistana və quldur separatçı rejimə aid hərbi birləşmələr Azərbaycan Silahlı Qüvvələri tərəfindən sarsıdıcı zərbələr almaqda davam edirlər. SİA xəbər verir ki, aldıqları zərbələrdən fikirləri yayındırmaq üçün guya hər hansı "uğur" qazandıqlarını bəyan edən, bu vasitə ilə həm özlərini, həm də erməni xalqını aldatmağa cəhd göstərən işğalçılar digər yandan qarşı tərəfin, yəni Azərbaycan Ordusunun hərbi qüdrətini və gücünü də etiraf etmək məcburiyyətində qalmaqdadırlar.Armenianreport bununla bağlı yazır ki, Ermənistanın müdafiə nazirliyinin rəsmisi Artsrun Ovannisyan döyüşlərdə çoxsaylı çətinliklərlə qarşı-qarşıya qaldıqlarını etiraf edib. "Döyüşlər ağırdır, qarşı tərəf çoxsaylı canlı və texniki güc tətbiq edir", deyə o bildirib.
sia.az