"Rusiya prezidenti V. Putin Cənubi Qafqazda əsas münaqişə olan Qarabağ məsələsində neytral qalması, ənənəvi müttəfiqi Ermənistani müdafiə etməməsi Paşinyan iqtidarının anti-Rusiya siyasətinin tərkib hissəsidir. Rusiya eyni zamanda yeni dizayn edilən geosiyasi konyukturada Azərbaycan və Türkiyə ilə regionda əməkdaşlığı dərinləşdirə bilər". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.Onun sözlərinə görə, Kreml Türkiyə ilə sıx əməkdaşlığı inkişaf etdirməklə, bir növ Cənubi Qafqazda əməkdaşlığa üstünlük verə bilər: "Fikir versək görərik ki, Ankara-Moskva arasında sıx dialoq var. Tərəflər Qarabağda davam edən müharibədə kəskin fikir ayrılıqlarının və bunun ikitərəfli əlaqələrə zərbə vuran səviyyədə deyil. Çünki, Rusiya birbaşa Qarabağ məsələsinə müdaxilə edərsə, bu Türkiyə ilə toqquşmaya gətirib çıxara bilərdi.Ümumiyyətlə, bu prosesdə Rusiya-Türkiyə müstəvisində müəyyən anlaşmanın olmasını istisna etmirəm.
Rusiya Cənubi Qafqazda öz iradəsindən kənar münaqişənin alovlandırılmasına seyrçi qala bilməzdi. Baxmayaraq ki, Ermənistan hakimiyyəti anti-Rusiya qüvvələrindən ibarətdir. 2020-ci idən sonra Cənubi Qafqazın geosiyasi nizamı yenidən formalaşmaq üzrədir. Türkiyənin fəal müdaxiləsi və Azərbaycanın Qarabağla bağlı prinsipial mövqeyi Rusiyanin reallıqla barışmasına gətirib çıxardı.Rusiya prezidenti Vladimir Putin Qarabağla bağlı açıqlaması gostərdi ki, Rusiya neytrallağını qoruyur. V.Putinin verdiyi açıqlamalar Azərbaycanın leyhinə qiymətləndirmək olar. Əgər, Azərbaycan Ermənistanın istədiyi kimi bu ölkənin ərazilərində raket nöqtələrini vurarsa, Rusiya müdaxilə etməyəcək. Çünki Azərbaycan özünün təhlükəsizliyini təhdid edən istənilən yerdə hədəfləri vurmaq hüququna malikdir. Azərbaycan tez bir zamanda çox ciddi şəkildə əməliyyatlarla hərbi hədəflərinə çatmalıdır".
sia.az