“Sirr deyil ki, Azərbaycanı apardığı haqq işindən çəkindirmək üçün xarici dövlətlər tərəfindən təzyiqlər var. Lakin söhbət Azərbaycanın milli təhlükəsizlik maraqlarından gedir, ona görə xarici dairələrdən gələn təzyiqlərə və düşmənin təxribatlarına baxmayaraq ölkəmiz haqq yolundan çəkinməməlidir”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.Onun sözlərinə görə, bu təzyiqlərin artması onun göstəricisidir ki, düşmən Azərbaycanın güclü hücumları qarşısında aciz durumdadır, bu məsələdə güzəştə vadar ediləcək tərəf varsa, o da işğalçı Ermənistan olmalıdır: “Təbii ki, bu məsələdə işğalçı Ermənistanın apardığı yalan üzərində qurulmuş təbliğatın və təxribatların da təsiri var, həmin bu ölkələr Azərbaycanı durdurmağa çalışdığı halda, problemin köklü həlli üçün Ermənistanı torpaqlarımızdan geri çəkməyə səy göstərmirlər.Təzyiqlərin Azərbaycana olması onu göstərir ki, Azərbaycan güclənib, həmən dünya dövlətlərinin 30 ildə edə bilmədiyini gerçəkləşdirir. Görünür ki, Azərbaycanın güclənməsi bölgədə hansısa dövlətləri ciddi şəkildə narahat edir. Sadəcə, onlar bir reallığı anlamaq istəmirlər ki, Azərbaycan dövləti xalqın iradəsini ortaya qoyaraq öz ərazi bütövlüyünü bərpa edir. Maraqlıdır ki, həmən bu xarici ölkələr öz ərazisində, yaxud öz ərazilərindən çox-çox uzaqda terrorçuları məhv etmək üçün hərbi əməliyyatlar apararkən heç kimdən icazə almırdılar. İndi isə regionda Azərbaycanın xeyrinə yaranmış yeni situasiyanın qarşısını almağa çalışırlar. Azərbaycan hər zaman dünyanın fəal bir hissəsi olub, beynəlxalq əhəmiyyətli bütün layihələrdə fəal iştirak edərək öz töhfəsini verib, indi isə beynəlxalq ictimaiyyətin mənəvi borcudur ki, bu məsələdə ədalətli olsun, regional təhlükəsizliyə töhfə versin, bunun yolu isə Ermənistana təzyiq göstərərək Azərbaycanın işğal olunmuş torpaqlarından qeyri-şərtsiz çıxarılmasıdır. Belə olan təqdirdə bölgədə qısa bir zamanda sülhə nail olmaq mümkün olacaq. Lakin erməni diasporu sözügedən xarici dairələri təsir altında saxlayaraq məsələlərə obyektiv yanaşmağa mane olur”.
sia.az