Siyasət

  • 5 893

İlham Əliyev Makrondan faktlar tələb edəndə... - Şevçenko erməniləri rüsvay etdi

image

“Suriyalı muzdlular Azərbaycanın nəyinə gərək ola bilər? Xarici Kəşfiyyat Xidmətinin başçısı Narışkinə sualım var: siz anlamırsınız, yoxsa sizə səhv məlumat verirlər? Yoxsa KTMT üzrə müttəfiq olan ermənilərlə həmrəylik göstərirsiniz? Yoxsa, bəlkə Fransanı elə sevib ki, Makronla birgədir? İlham Əliyev Makrondan faktlar tələb edəndə o, boş-boş danışmağa başlayıb. Çünki belə faktlar ola bilməz”. SİA xəbər verir ki, bu fikirləri rusiyalı ictimai-siyasi xadim, jurnalist Maksim Şevçenko söyləyib.Dağlıq Qarabağ münaqişəsi haqqında fikirlərini bölüşən jurnalist bildirib ki, Azərbaycan Ermənistandan fərqli olaraq dinc əhalini vurmur: “Xankəndi (Stepanakert) hərbi əməliyyatlar bölgəsindədir. Özü də Azərbaycan rəhbərliyi oradakı dinc əhaliyə müraciət edərək hərbi obyektlərdən uzaq durmağa çağırmışdı. Ermənistan rəhbərliyi isə konkret olaraq Gəncə və Mingəçeviri hədəfə alıb”.

sia.az

Digər xəbərlər