Siyasət

  • 5 049

“Dünyadan ədalət gözləmək sadəlövhlükdür” RƏY-ÖZƏL

image

“Bir ildən sonra Fransada seçkilərdir və orada küllü miqdarda erməni seçicisi var. Fransada erməni diasporunun nüfuzu çox güclüdür və ona görə də Makron düz oldu-olmadı erməni tərəfini müdafiə etməlidir”. Bunu “Səs” qəzetinə açıqlamasında ASDP-nın sədri Araz Əlizadə deyib. Onun sözlərinə görə, ümumiyyətlə, dünyadan ədalət gözləmək sadəlövhlükdür: “Demək olar ki, hər bir ölkənin öz maraqları var. Bu baxımdan, beynəlxalq hüquqda bu saatları ayaq altına altılıb. Çünki əgər BMT-nın Təhlükəsizlik Şurasının üzvi kimi Fransa çıxş etsəydi, gərək deyərdi ki, 1993-cü ildə qəbul olunmuş qətnamələr yerinə yetirilməlidir. Yəni Ermənistan ordusu işğal edilmiş Azərbaycan ərazilərindən çıxmalıdır. Rusiya telekanallarında təbliğat aparılır ki, insanlar qırılır. Məgər ötən əsrin 90-cı illərin əvvələrində azərbaycanlılar insan deyildilərmi? Məgər erməni vəhşiliyinin qurbanı olan azərbaycanlılar insan deyildilərmi? Xocalı genosidi yaddan çıxıbmı? Dəfələrlə 1915-ci il “erməni genosidi”ni yada saldılar. Bəs Xocalıdan danışan kimdir? Heç kəs. Rusiya tv-lərində düzənlənən siyasi şoularda azərbaycanlılar yoxdur. Burada əlbəttə ki, Azərbaycanın milyonerlərini qınayıram. Çünki erməni milyonerləri pul verirlər və ermənipərəst qüvvələri həmin Rusiyadakı siyasi tokşoulara salırlar, eyni zamanda, həmin aparıcıları ələ alırlar. Məsələn, həmin verilişdə bir nəfər obyektiv adam var idi, Priçin o hadisələrə obyektiv qiymət verəndə o saat reklam elan elədilər. Onun əvəzinə Qofurov gəldi. Maqasarov əsəbləşdi, başladı qışqırmağa və s. Orada deyildi ki, Gəncəni bombalayırlar” .A.Əlizadə bildirdi ki, ikili standartlar dünyada hökm sürür: “Ona görə də, biz gözləməməliyik ki, kimsə gəlib bizim əvəzimizə nəyisə həll edəcək? Yəni özümüz həll etməliyik, necə ki, həll edirik. Cənab Prezident tamamilə doğru deyib ki, Azərbaycanın işi haqq işidir və haqq işi də zəfər çalacaq. Hamı Ali Baş Kamandana inanır və ruh yüksəkliyindədir ki, ordumuz zəfər çalacaq”.

sia.az

Digər xəbərlər