Siyasət

  • 6 300

Valeri Kolyux: Mülki əhali hərbi münaqişənin iştirakçısı deyil, Gəncə cəbhə xəttindən azı 100 kilometr uzaqlıqda yerləşir

image

Dağlıq Qarabağda baş verən hadisələrin gedişatını Ukraynada diqqətlə izləyirlər və biz olduqca narahatıq ki, elan olunan atəşkəs hətta bir sutka davam etmədi. Lakin Gəncədə baş verənlər barədə eşitmək çox ağır və həddən artıq xoşagəlməzdir. Mən həlak olanların ailələrinə və yaxınlarına başsağlığı vermək, həmçinin yaralananlara tezliklə sağalmalarını arzulamaq istərdim. Gəncənin cəbhə xəttindən azı 100 kilometr uzaqlıqda yerləşməsi öz yerində, üstəlik, mülki əhali hərbi münaqişənin iştirakçısı deyil, bu insanlar IV Cenevrə Konvensiyası ilə müdafiə olunub.Bu barədə Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun həmsədri Valeri Kolyux deyib.Onun sözlərinə görə, başa düşmək lazımdır ki, indi zərər çəkənləri onlar üçün zəruri olan hər şeylə təmin etmək və buna bənzər halların təkrarlanmasına yol verməmək çox vacibdir.“İndiki mərhələdə, çox təəssüf ki, tərəflər hərtərəfli atəşkəs əldə etməyiblər. Amma hər halda münaqişə beynəlxalq hüquq çərçivəsindən kənara çıxmamalıdır. Dinc əhaliyə hər hansı təhdidləri tamamilə istisna etmək lazımdır”, - deyə Valeri Kolyux əlavə edib.

yap.org.az

Digər xəbərlər