Siyasət

  • 5 433

"Paşinyanın bu addımı Gürcüstanda hiddətə səbəb oldu" ÖZƏL-MÜNASİBƏT

image

"Zatı, kökü, mənşəyi, vətəni olmayan ermənilər bu ağır günlərində, Azərbaycan Ordusunun onların başına zərbələr endirdiyi, işğal etdikləri ərazilərimizdən it kimi qovulduqları bir vaxtda, dövlətlərini itirmək təhlükəsi ilə üzləşdikləri dönəmdə yenə öz amplualarındadırlar. Yalanları gerçək adı ilə dünyaya sırımağa çalışır, həqiqətləri manipulyasiya edir, tarixi saxtalaşdırırlar". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib. Onun sözlərinə görə, dünən işğalçı dövlətin baş naziri Paşinyan "Facebook" səhifəsində qonşu Gürcüstanın Cavaxetiya adını erməniləşdirərək "Cavakx" adı ilə foto paylaşıb. Guya həmin fotodakılar Cavaxetiyada yaşayan ermənilərdir və Qarabağda vuruşan soydaşlarına dəstək ifadə edirlər. Paşinyanın bu addımı Gürcüstanda hiddətə səbəb oldu. Məlumat üçün bildirmək istəyirəm ki, Cavaxetiya Gürcüstanın 9 əsas bölgələrindən biridir. Onun mərkəzi hissəsi Axalkalaki XVI əsrdən 1828-ci ilə qədər Osmanlı imperiyasının tərkibində olmuşdur. Ruslar Qafqazı işğal etdikdən sonra, oradakı müsəlman əhalisini Osmanlı ərazisinə sürgün etmiş, onların yerinə Ərzurumdan erməniləri köçürmüşdür. Bu səbəbdən Gürcüstanın həmin tarixi torpaqlarında ermənilərin sayı üstünlük təşkil edir. Ermənilər Qarabağa iddia etdikləri kimi, Gürcüstanın bu ərazilərini də özününkü hesab edirlər. İrəvanda fəaliyyət göstərən və Cavaxetiyada da özəkləri olan"Cavakx," cəmiyyəti, "Yerkir" birliyi, Virk partiyası, həmçinin yerli "Cavakx" hərəkatı hazırda bu bölgədə yaşayan erməniləri Gürcüstandan muxtariyyət almağa, daha sonra isə ayrılmağa təhrik edirlər. Gürcü dostlarımıza ehtiyatlı olmağı məsləhət görürük. Bəri başdan tədbirli olsunlar, çünki fürsət düşən kimi, ermənilər Qarabağdakı qanlı cinayətlərini, şübhəsiz, Cavaxetiyada da təkrarlayacaqlar. Ümumiyyətlə, ermənilər coğrafiyamızdakı bütün dövlətlərə ərazi iddialarındadırlar. Ermənistan Qafqazda sülhə, sabitliyə, ciddi əngəldir. Bu şeytan yuvası olmasaydı, Rusiyanın regiondakı dayaqları da olmazdı. Deməli, Azərbaycanın, Gürcüstanın ərazi bütövlüyünün pozulmasında Ermənistan bir alətdir. 2008-ci ildəki Gürcüstan-Rusiya müharibəsində Gürcüstanı bombalayan rus təyyarələri, məhz Ermənistandan havaya qalxırdılar. Yeri gəlmişkən, həmin anlarda Azərbaycan Gürcüstana hər cür dəstək verdi. Erməni seperatizminə, tarixi saxtalaşdırmaq cəhdlərinə və təcavüzünə qarşı bölgəmizin bütün xalqları və dövlətləri birləşməlidirlər. Əks halda, bu şər ölkəsi tarix boyu böyük güclərin əlində alət olaraq təhlükəsizliyimizi təhdid edəcək".

sia.az

Digər xəbərlər