Siyasət

  • 5 845

"Qarabağın separatçılardan azad olunmasını səbirsizliklə gözləyirik" Artur Ağacanov

image

"Ermənistanda bir nəfər də olsun azərbaycanlı-türk qalmayıbsa, ermənilər hansı "soyqırım"dan danışırlar? Azərbaycanlıların hamısı ordan qovulub və ya öldürülüb. Bu fonda Türkiyədə 100 min, Azərbaycanda isə 30 min erməni ailəsi yaşayır və işləyir. Azərbaycanda heç kim ermənilərə toxunmur." SİA xəbər verir ki, bu sözləri Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov deyib.Onun sözlərinə görə, həm Türkiyənin, həm Azərbaycanın başqa xalqlarla çoxəsrlik birgə yaşamaq ənənələri var. Dağlıq Qarabağ ətrafında gedən proseslər haqqında danışan Ağacanov bildirib ki, hazırda Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tezliklə çıxarılması planı hazırlanmalıdır."Qarabağ erməniləri Qarabağın separatçıların terror xuntasından azad olunmasını səbirsizliklə gözləyirlər", - deyə o bildirib.Qeyd edək ki, A.Ağacanov Qarabağ ermənilərinin “hay” olmadığını bildirir.

sia.az

Digər xəbərlər