Siyasət

  • 5 278

Nurlana Əliyeva: İndi şərtləri haqlı olaraq məhz Azərbaycan diqtə edir

image

“Nəticə etibarilə Ermənistan bu antihumanist addımları ilə öz acınacaqlı aqibətini daha da yaxınlaşdırır. Döyüş meydanlarında Azərbaycan ordusunun sarsıdıcı zərbələri qarşısında mövqelərini əldən verib qaçdığı kimi, diplomatik meydanda da geri çəkilməyə məcbur olur. Ermənistandan gəlmiş hərbçiləri əzəli və əbədi torpaqlarımızdan iti qovan kimi qovan (bu adı özü qazanıb) Azərbaycan dövləti diplomatik arenada da Ermənistanın yalançı, riyakar rəhbərliyinin qoparağını götürür. Bir el misalımızda deyildiyi sayaq, “yalançını mənzilinədək qovarlar”. Bu fikirləri YAP Qadınlar Şurasının sədri, BSU-nun rektoru Nurlana Əliyeva deyib.Nurlana Əliyeva bildirib ki, Moskva görüşündə masa arxasında əyləşmək, Ermənistana sonuncu şans vermək Azərbaycana məhz bunun üçün lazım idi. Azərbaycan bununla münaqişənin sülh danışıqları ilə, ölkəmizin ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həllinə sadiqliyini növbəti dəfə nümayiş etdirdi.Onun sözlərinə görə, humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada “yox” deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı. Bu baxımdan rəsmi Bakının Moskva görüşünü qəbul etməsi və gərgin danışıqlarda iştirakı doğru addımdır. Görüşün dörd bəndlik yekun razılaşma sənədində atəşkəsin Azərbaycanın istəyi ilə sırf humanitar məzmun daşıması isə o deməkdir ki, ölkəmiz Ermənistanın davranışlarını nəzərə alaraq istənilən an hərbi əməliyyatları bərpa edə bilər. Bundan başqa, sənədə əsasən, Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar. Bu da Azərbaycanın diqtə etdiyi daha bir şərt və əldə etdiyi daha bir diplomatik uğurdur.“Cənab İlham Əliyevin Rusiyanın RBK kanalına müsahibəsində verdiyi izahlardan da gördük ki, yekun sənəddə Azərbaycan bütün prinsipial şərtlərini qəbul etdirə bilib. Daha doğrusu, tərəflər Azərbaycanın öz prinsipial mövqeyindən geri çəkilmədiyini görərək şərtləri qəbul etməli olublar. Çünki Ermənistanın yeni rəhbərliyi mövcud status-kvonu saxlamaqdan ötrü danışıqların formatını dəyişməyə cəhd göstərir, aparılan danışıqların Azərbaycan Respublikası ilə Dağlıq Qarabağdakı qondarma rejimlə keçirilməli olması barədə sərsəm bəyanatlar verirdi. Ordumuzun cəbhədəki parlaq qələbələrindən, uzun illərdir davam edən status-kvonu pozmasından sonra isə indi şərtləri haqlı olaraq məhz Azərbaycan diqtə edir.Bütün bu nəticələr Azərbaycana qarşı yönələn güclü təzyiqlər qarşısında əldə olunur. Prezident İlham Əliyev siyasi təzyiqlərə sinə gərərək məharətli və vaxtında atılan diplomatik addımları ilə Azərbaycana qarşı təzyiqləri dəf edir. Dövlət rəhbərimizin qətiyyətli mövqeyi, diplomatik məharəti Ermənistan və onun havadarlarının bir araya gəlib Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasına imkan vermir. Ölkəmiz hərb meydanında olduğu kimi, danışıqlar masasında da haqlı tərəf kimi görünür, öz haqlı mövqeyini qoruyub qətiyyətlə saxlayır”, -deyə N.Əliyeva vurğulayıb.

yap.org.az

Digər xəbərlər