Siyasət

  • 6 367

Soltan Məmmədov: Gəncə şəhərinin raket atəşinə tutulması, nəticədə dinc sakinlərin həlak olması Ermənistanın ənənəvi siyasətinin dəyişmədiyini göstərir

image

“Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə əldə olunmuş humanitar atəşkəslə bağlı razılaşmanın pozulması Ermənistanın danışıqlara hazır olmadığını bir daha təsdiqləyir. Ermənistan bu razılaşmadan hərbi əməliyyatlar bölgəsində öz mövqelərini yaxşılaşdırmaq üçün istifadə etməyə cəhd göstərir”. Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Soltan Məmmədov bildirib ki, Gəncə şəhərinin raket atəşinə tutulması, nəticədə dinc sakinlərin həlak olması Ermənistanın ənənəvi siyasətinin dəyişmədiyini göstərir. Dinc sakinlərə qarşı terror aktları törətməklə Azərbaycan xalqını qorxutmaq məqsədi güdülür. Ermənistanın hərbi-siyasi rəhbərliyi Xocalı soyqırımını törədərkən tətbiq olunmuş taktikanı təkrarlayır. Bu, bir daha göstərir ki, Ermənistan regionda işğalçılıq və dövlət səviyyəsində terror siyasətini davam etdirir. Hakimiyyətlər dəyişsə də, bu ölkənin həyata keçirdiyi siyasətin mahiyyəti dəyişməyib. Lakin bu gün Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Güclü ordumuz, güclü dövlətimiz var və heç bir təxribat bizi yolumuzdan döndərə bilməz.
Deputat qeyd edib ki, dünya ictimaiyyəti, xüsusilə də ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər Gəncədə baş verənlərə aydın və konkret mövqe ifadə etməlidirlər. Gəncədə dinc insnların qətlə yetirilməsinə etinasız yanaşmaq, mahiyyət etibarilə, beynəlxalq hüquqa hörmətsizlikdir. Beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirən həmsədrlərin obyektiv və ədalətli vasitəçilik missiyası həyata keçirəcəyinə isə Azərbaycan ictimaiyyətində haqlı olaraq ciddi şübhələr yaranır. Ona görə də ATƏT-in Minsk qrupu baş verənlərlə bağlı çox sərt mövqe ortaya qoymalıdır.
“Humanitar atəşkəs haqında razılaşmaya baxmayaraq, Ermənistanın Azərbaycanın müxtəlif bölgələrinə raket zərbələri endirməyə davam etməsi bir daha göstərir ki, bu ölkənin verdiyi vədlərə, imzaladığı sənədlərə əməl edəcəyini gözləmək mənasızdır. Ermənistanın atdığı addımlar faktiki olaraq müharibə cinayətləri kateqoriyasına daxildir. Bu addımlar Azərbaycan xalqına qarşı növbəti soyqırımı cəhdidir. Lakin Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cinayətkar əməllərinə görə cavab verməli olacaq. Eyni zamanda, dünya ictimaiyyəti baş verənlərə adekvat reaksiya verməli, işğalçı və təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir”-deyə, S.Məmmədov söyləyib.

yap.org.az

Digər xəbərlər