Siyasət

  • 4 982

Terror aktında məsuliyyəti təkcə Ermənistan daşımır - ŞƏRH ÖZƏL

image

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə mülki obyektləri raket atəşinə tutması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir. Mülki əhali heç bir halda hərbi əməliyyatların hədəfinə çevrilə bilməz. Azərbaycan orudusu sonuna qədər Cenevrə Konvensiyasının bütün tələblərini yerinə yetirib və yetirir". Bunu SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.Onun sözlərinə görə, Azəbaycan tərəfi işğal altında olan mülki əhalinin belə sağlamlığına hər hansı xətər gəlməməsi üçün dəfələrlə xəbərdarlıq edib və əhalinin həmin döyüş zonasından çıxması üçün dəhlizlər yaradıb: "Bəs erməni tərəfi nə etdi? Döyüş bölgəsindən kənar yerlərdə dinc əhaliyə qarşı yeni soyqırım aktı törətməyə başladı. Bir sözlə zaman dəyişsə belə, erməninin terrorçu xisləti dəyişməz olaraq qalır. Gəncənin Ermənistanın Berd rayonundan atəşə tutulması qəbuledilməz bir vəhşilik aktıdır. Ermənistanın bunu etməkdə bir sıra məqsədləri var. Birincisi Azərbaycan əhalisi arasında xof yaratmaq, ikincisi itirilmiş ərazilərin ört-bardır edilməsi üçün öz əhalisi arasında manipulyasiya etmək və ən əsası isə Azərbaycanı da eyni addıma sövq etməklə 3-cü ölkəni müharibəyə daxil etməkdir. Lakin Azərbaycan əsla bu təxribtlara uymur. Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan lazımı cavabı hərb meydanında verir".N.Məmmədova vurğulayıb ki, Ermənistan öz növbəsində müharibə cinayətləri işləməkdə davam edir: "Bu gün bu hadisələr dünyanın gözü qarşısında baş verir. Azərbaycan erməni terroru ilə əlaqədar lazımı bütün faktları toplayır və bu faktlar beynəlxalq aləmdə adiyyatı qurumlara göndəriləcəkdir. ATƏT-in Minsk Qrupunun bu olaylara susması çox təbiidir. Elə bu məsələnin arxasında Minsk Qrupunun həmsədri olan ölkələrin Ermənistana verdiyi kart blanş dayanır. Fransa və Rusiya dövlətlərinin siyasi-hərbi rəhbərliyi, eyni zamanda orada yaşayan erməni diasporalarının nümayəndələri çox aktiv fəaliyyət göstərirlər. Bu məsələdə Ermənistana böyük dəstək verirlər. Buna görə də, məsuliyyəti sadəcə Ermənistanın boynuna atmamalıyıq. Bütün bunların yaşanmasında Minsk Qrupunun üzərinə də böyük məsuliyyət düşür".

sia.az

Digər xəbərlər