Siyasət

  • 5 817

Fransa portalı yerli mətbuatın Azərbaycana qarşı qərəzli mövqeyindən yazır

image

Kim haqlıdır, kim səhvdir? Şənbə günü çətinliklə imzalanan atəşkəsdən sonra eşidilən mərmi səsləri belə bir sual doğurur : “Atəşkəsi əvvəl kim pozdu?”. Təcavüzkar kimdir, qurban kimdir? Qurbanları tanıyırıq: evlərini, yaxınlarını və ya həyatını itirənlər. Həmişəki kimi, məsum insanlar. Ancaq ictimaiyyət günahkarın müəyyən edilməsini istəyir və media buna cavab vermək üçündür. Faktlar olduğu kimi verilmir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər olduğu kimi təqdim olunmur.

Xarici mediada bu hadisələr geniş şəkildə işıqlandırılsa da (BBC birbaşa video), Fransada faktların olduğu kimi təqdim edilməsinin niyə bu qədər çətin olduğunu bilirik. Çünki bu mövzu ilə bağlı məlumat vermək üçün hətta azacıq səy göstərən jurnalist Azərbaycanın təbliğində ittiham edilir, ölümlə hədələnir, hətta sosial şəbəkələr vasitəsilə təhdid olunur.
Bu fikirlər “Musulmans en France” portalında dərc olunmuş “Azərbaycan-Ermənistan: media müharibəsi” adlı məqalədə əskini tapıb.
Məqalədə Fransa mediasının birtərəfli məlumat yaymasından bəhs edilir, televiziya kanallarına əsasən erməni mənşəli jurnalistlərin və məmurların dəvət olunduğu diqqətə çatdırılır. Azərbaycan tərəfinin fikirlərinin isə səsləndirilmədiyi vurğulanır.
Qeyd olunur ki, Fransada ictimai fikir 50 ildir erməni məsələsi ilə məşğul edilib. Azərbaycanla bağlı reallıqlar, Qafqaz həqiqətləri jurnalistlər tərəfindən obyektiv şəkildə təqdim olunmur. Kimin haqlı, kimin səhv olması jurnalistin işi deyil. Jurnalist üçün faktlar vacibdir. Hadisələrlə bağlı fikir yürüdülməsi isə jurnalistin işi deyil, fikir bildirmək oxucuların ixtiyarına buraxılmalıdır.

yap.org.az

Digər xəbərlər