Siyasət

  • 6 734

Gəncə gəncləri erməni terrorundan zərər görmüş evlərdə fəsadların aradan qaldırılmasına yardım edirlər

image

4 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket zərbələri nəticəsində bir sıra mülki infrastruktura ciddi ziyan dəydi. Vandalizm aktının baş verdiyi məkanın yaxınlığında yerləşən bir neçə mənzilin isə yalnız pəncərələri yararsız vəziyyətə düşdü.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə fəal gənclər hadisədən zərər çəkmiş həmin evlərə baş çəkiblər. Sınmış pəncərələrinin şüşələrinin dəyişdirilməsi işində ustalara kömək ediblər.
Qeyd edək ki, YAP Gəncə şəhər təşkilatının əməkdaşları, fəal gəncləri hadisə baş verən gündən etibarən terror aktından ziyan görmüş mülki vətəndaşların yanında olub, onlara dəstək olmağa çalışıblar.

yap.org.az

Digər xəbərlər