Siyasət

  • 6 258

"Həmsədrlərin bəyanatının həmişəki kimi içi boşdur" ÖZƏL-RƏY

image

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydıqları birgə bəyanatda deyilir ki, 10 oktyabrda Moskvada təsdiqlənən razılaşmanın yerinə yetirilməsi üçün təcili addımlar atılmalıdır. Həmsədrlər ayrıca, təcili olaraq atəşkəs mexanizminin razılaşdırılması üçün tərəflərə müraciət ediblər". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, həmişəki kimi içi boş bəyanatdır: "Bu bəyanat həmsədrlərin pat vəziyyətdə olduğunu göstərir, prosesə təsir edə bilmirlər. Əvvəl biz bir növ vasitəçilərdən asılı idik, onlardan mədət umurduq, indi isə onlar bizdən asılıdırlar, bizdən mədət umurlar ki, ordumuz hücumu dayandırsın. Siz bizi 27 il gözlətdiz, indi siz bizi - ordumuzun əməliyyatı sonlandırmasını gözləyin.Həmsədrlərin bəyanatının yayınladığı saatda Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun açıqlaması yerində idi. Mövlud Çavuşoğlu üzünü həmsədrlərə tutaraq atəşkəslə bərabər Ermənistana Azərbaycan torpaqlarını tərk etməklə də bağlı çağırış edilməsi vacibliyini bildirib. Həmsədrlər belə bir çağırış etməyəcəklər. Belədirsə Azərbaycanla Türkiyə doğru bildikləri yolla getməyə davam edəcəklər. Çavuşoğlunun ikinci çağırışı da vacibdir: “Minsk Qrupu olaraq tezliklə geniş formatda görüşməliyik və nə edəcəyimizə qərar verməliyik”. Başqa sözlə Ankara haqlı olaraq həmsədrlərdən hesabat istəyir, bu vaxta qədər nə etmisiz, işğala niyə son qoya bilməmisiz? Onların bu suallara cavabları yoxdursa, demək onların “atəşkəslə” bağlı çağırışı bizim üçün əhəmiyyətsizdir".

sia.az

Digər xəbərlər