Siyasət

  • 6 154

Nikol Paşinyan Adolf Hitlerin yolu ilə gedir - ucuz və rüsvayçı ölümə! FAKT+ANALİTİK

image

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulduqca, düşmən ölkənin hərbi-siyasi rəhbərliyi siyasi hakimiyyətinin ömrünü uzatmaq üçün əlinə düşən bütün vasitələrdən sui-istifadələr edir. SİA xəbər verir ki, işğalçı ölkənin baş naziri Nikol Paşinyan Qarabağ cəbhəsindəki hərbi birləşmələrinin döyüş mövqelərini qoyub-qaçmalarına, işğal olunmuş ərazilərin Silahlı Qüvvələrimiz tərəfindən azad olunmasına dözməyərək, sözün əsl mənasında, faşist Almaniyasının reyx kansleri Adolf Hitlerin yolu ilə getməyə başlayıb. Bir müddət əvvəl İrəvan küçələrində, hətta hərbi xidmətə yaşları çatmayan yeniyetmələri belə zorla Qarabağ cəbhəsinə ölməyə göndərən Paşinyan indi də öldürülmüş yeniyetmə və gənclərə "milli qəhrəman" adlarının verilməsi, habelə orta rütbəli zabitlərə ən yüksək hərbi rütbələrə təqdim olunmaları, digər hərbi mükafatların verilməsi üçün prezidentə və parlamentə təklif irəli sürüb. Maraqlıdır ki, sentyabrın 27-dən başlayan və Azərbaycan Ordusunun şanlı zəfəri ilə müşayiət olunan yürüşdə düşmənin bir çox zabitləri arasında çaxnamşa, cəbhə xəttindən qaçma, fərarilik faktları qeydə alınıb.Paşinyan məhz Hitlerin yolu ilə gedərək, siyasi hakimiyyətinin son günlərini necə deyərlər, kompensasiyaları ilə ört-basdır etməyə çalışır. Necə ki, Adolf Hitler Berlində, dağılmış Reyxstaq divarları qarşısında yeniyetmələrə ən yüksək "Qızıl xaç" ordenləri, kiçik zabitlərə isə general rütbələri verdirirdi. Hətta faşist Almaniyasının silahlı birləşmələri Stalinqrad cəbhəsində mühasirəyə düşərək, demək olar ki, bütünlüklə məhv olduğu ərəfələrdə Adolf Hitler ac-susuz qalan, heç bir silah-sursatı qalmayan alman əsgərlərinə təyyarələr vasitəsi ilə qida, ərzaq deyil, "Qızıl xaç" ordenləri atdırırdı. Bu kimi vasitələr isə nə onda, nə də sonra Almaniya ordusuna heç bir səmərə vermədi və məğlubiyyətləri qaçılmaz oldu. Çünki məğlub orduda ruh da olmur və hazırda işğalçı Ermənistanın silahı qüvvələri də pərən-pərən düşüb, uduzur, sarsıdıcı zərbələrimiz altında son nəfəsini verir. Paşinyan isə ölkəsinin faşizm ideologiyası ilə idarə edildiyini bu dəfə Hitlersayağı addımları ilə təsdiqləyir. Hansı ki, Ermənistanda faşist cəlladı Njdenin abidəsi ucaldılmışdı, yaxud bu ölkənin dövlət atributikaları belə, faşizmin təbliğindən bəhs edir. Lakin bu abidə də şovinizm, terrorçu düşüncəsi ilə yaşayan erməni hakimiyyətlərinə uğursuzluqdan başqa heç nə vermədi.İndi isə, Paşinyanın uğursuzluğu göz önündərir və belə davam edərsə, o ideoloji prinsiplərinə sadiq qaldığı Adolf Hilter kimi ya başına güllə vurub, bununla xalqın əlində linç edilməkdən qurtulmalıdır, ya da buna vaxt tapa bilməyib, hiddətli erməni xalqının əlində həyatı ilə vidalaşmalıdır.

sia.az

Digər xəbərlər