Siyasət

  • 5 526

YAP Ağcabədi rayon təşkilatının üzvləri erməni hücumu nəticəsində şəhid olanların ailələrinə və yaralılara mütəmadi olaraq baş çəkir onalara maddi və mənəvi dəstək göstərirlər

image

Sentyabrın 27-dən etibarən Erməni Silahlı Qüvvələri Azərbaycan ərazisinə təcavüzü davam edir. Azərbaycan Ordusu əks həmlə nəticəsində düşmənə layiqli cavab verərək, onları geri oturdurlar.

YAP Ağcabədi rayon təşkilatından verilən məlumata görə, Ağcabədi rayonunun bir sıra kəndləri cəbhə xəttində yerləşir. Hər gün həmin kəndlər, həmçinin rayon mərkəzi ağır texnikanın- artilleriya və və raket atəşinə məruz qalırlar. Lakin sakinlər yaşayış məntəqələrindən çıxmayaraq öz gündəlik təsərrüfat işlərinə davam edirlər.
Düşmənin intensiv atəşə tutduqları ərazilərdə yalnız zəruri hallarda qadınlar və uşaqlar döyüş zonasından çıxarılaraq atəş məsafəsindən uzaq ictimai binalarda və ayrı-ayrı vətəndaşların ürək açıqlığı ilə verdikləri yerlərdə yerləşdirilmişdir. Həmin əhali qrupu bütün lazimi şəraitlə təmin olunmuş, onlar dərman vasitələri və ərzaqla təmin edilirlər.
YAP Ağcabədi rayon təşkilatının aparat işçiləri, ilk təşkilatlar, Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri hər gün onlarla görüşür, onların ərzaq təminatı, dərman və gigiyenik vasitələrlə təmin edilməsini diqqətdə saxlayırlar.

yap.org.az

Digər xəbərlər