Siyasət

  • 6 167

Eldar İbrahimov: Azərbaycan Ordusu torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda böyük zəfərlər qazanmaqdadır

image

"Azərbaycan Ordusu torpaqlarımızın erməni işğalından azad edilməsi istiqamətində böyük zəfərlər qazanmaqdadır. Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin və bir çox kəndlərin, strateji yüksəkliklərin işğalçılardan azad edilməsi hər bir vətəndaşımızda böyük sevinc yaradıb". Bu fikirləri Milli Məclisin İntizam Komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
Eldar İbrahimovun sözlərinə görə, uzun illər idi ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmğa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaqardına vurur, öz iradəsini diktə etməyə çalışırdı. Ötən günlər ərzindəki döyüşlər Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı, iqtisadiyyatını tam çökdürdü. YAP İdarə Heyətinin üzvü bildirib ki, Prezident İlham Əliyev daim, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlərin və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi.
E.İbrahimov qeyd edib ki, Gəncə şəhərində çoxmənzilli yaşayış binalarına atılan raket zərbələri, günahsız insanların hücuma məruz qalması erməni faşizmini dünyaya bir daha göstərir: "Cəbhə bölgəsində, eləcə də cəbhədən xeyli uzaqda yerləşən digər şəhərlərimizin atəşə tutulması davam edir. Ermənilər Mingəçevir, Bərdə, Tərtər, Ağdam və digər yaşayış məntəqələrini, dinc əhalini qəsdən hədəfə alaraq ağır artilleriya atəşinə tutur. Xocalı faciəsindən bu yana Ermənistan tərəfindən soyqırımı aktları bu gün də davam etdirilir. Terrorizmi dövlət siyasəti səviyyəsində aparan qatil Ermənistan bu cinayətlərə görə cavab verməlidir. Beynəlxalq ictimaiyyət bu terrora "dur" deməlidir. Düşmən bu hücumlarla üçüncü qüvvələri münaqişəyə cəlb etmək istəyir. Azərbaycan Prezidenti İlham Əliyevin ermənilərə verdiyi son şansı da onlar bu şəkildə dəyərləndirirlərsə, hansı atəşkəsdən danışırlar?! Deməli, ermənilərə atəşkəs lazım deyil. Bu vəziyyətdə atəşkəs çağırışları riyakarlıqdır. Hamımız Ali Baş Komandana və şanlı Ordumuza inanır və sonsuz güvənirik! Əgər dünya birliyi bu vəhşiliyə dur deyə bilmirsə, Azərbaycan ordusu terrorçuları susdurmağa qadirdir. Tezliklə qələbə qazanacağımıza inanırıq!".

yap.org.az

Digər xəbərlər