Siyasət

  • 5 616

Naqif Həmzəyev: Milli birliyimiz Qarabağ qələbəsinin zəminidir

image

Sentyabrın 27-dən başlayaraq erməni silahlı birləşmələrinin təxribat əməllərinə tutarlı cavab verən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yağı tapdağı altında qalan torpaqlarımızın işğaldan azad olunması xalqımızda ruh yüksəkliyi yaradıb.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, artıq 19 gündür güclü Azərbaycan Ordusunun, rəşadətli əsgərlərimizin şücaəti nəticəsində hər gün cəbhədən sevindirici xəbərlər alırıq. Ölkə Prezidentinin hər zaman vurğuladığı kimi, “Bizim işimiz haqq işidir. Azərbaycan Ordusu hazırda öz torpaqları uğrunda döyüşür”.
Ermənistanın təbliğat maşını nə qədər yalan informasiyalar yaysa da, cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu düşməni darmadağın edərək irəliləyir. Böyük Vətən Müharibəsi şanlı Azərbaycan Ordusunun uğurları ilə davam edir. Hər gün cəbhədən aldığımız sevindirici xəbərlərlə yanaşı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi-diplomatik sferada da məğlubiyyətə uğradır.
Hər tərəfli məğlubiyyətə uğrayan işğalçı Ermənistan hakimiyyətinin ağ yalanları, şər-böhtan xarakterli məlumatları dünya içtmaiyyəti tərəfindən art6ıq ikrahla qarşılanır. Ölkə Prezidenti İlham Əliyev Rusiyanın Ria Novosti agentliyinə, Türkiyənin NTV, “Haber Global” televiziya kanallarına, “France 24”, Rusiyanın RBK, “Sky News”, “CNN International” televiziya kanallarına və digər xarici televiziya kanallarına verdiyi müsahibələr bu günün real hadisələrini, həqiqətləri əks etdirir və dövlətimizin haqqa, ədalətə söykənən, beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini ortaya qoyduğunu nümayiş etdirir.
“Bizim mövqeyimiz həmişə çox konstruktiv, ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin bizim ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Bizim mövqeyimiz həmişə praqmatik yanaşmaya əsaslanıb”. İlham Əliyevin oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində səsləndirdiyi bu fikirlər Azərbaycanın hər zaman haqqın, ədlətin tərəfində olduğunun sübutudur.
Dövlət Başçımızın nəinki müsahibələrində, eləcə də ən mötəbər tribunalarda səsləndirdiyi fikirlərində daimi olaraq Azərbaycanın işğala məruz qaldığını, təcavüzkarlar haqqında lazımı tədbir görülmədiyini, bir milyondan artıq əhalinin uzun illər əzab-əziyyət içərisində, doğma el-oba, yurd həsrətində yaşadığını ifadə edir və xalqımızın haqlı tələbini bütün dünyaya çatdırır. Dövlət Başçımızın qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsi böyükdən kiçiyə daxilən səfərbər edib, işğal olunmuş torpaqlara yenidən dönmək ümidi ilə milli birliyimizi daha sarsılmaz edib, Qarabağ qələbəsinə zəmin yaradıb. 30 ildir yağı tapdağında qalan torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxmış xalqımız bu haqq savaşında öz Prezidentinə inanır, arxalanır, ondan güc alır. Qarabağ uğrunda savaş bizim Vətən savaşımızdır. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

yap.org.az

Digər xəbərlər