Siyasət

  • 4 921

AfD-nin Ermənistanla faşist düşüncələri üst-üstə düşür - Bəhruz Quliyev

image

Almaniya Bundestaqının üzvlərinin işğal altındakı ərazilərimizə səfər etmələri Azərbaycanla Almaniya dövləti arasındakı münasibətlərə təsir edə bilməz. Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.Onun sözlərinə görə, belə bir səfərin heç bir rəsmi çalarları yoxdur, çünki atılan bu addımın özü birmənalı olaraq qanunsuzdur, eləcə də, beynəlxalq hüquqa qarşıdır: “Xüsusən qeyd etmək istərdim ki, belə bir həssas məqamda - Azərbaycanın öz hüququndan istifadə etməklə ərazi bütövlüyünü, suverenliyini təmin etdiyi bir zamanda, həmçinin işğalçı Ermənistanın terror siyasətinə qarşı mübarizə apardığı, ədaləti bərpa etdiyi bir vaxtda AfD partiyasından olan almaniyalı deputatların “DQR”ə səfərlərinin gerçəkləşməsi Almaniyanın BMT çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıması faktına da xələl gətirir. Əslində isə, AfD-nin siyasi xəttinin nasizm ideologiyasına söykəndiyini nəzərə alaraq, bu məsələdə təəccüblü hər hansı bir halın olmadığını da söyləyə bilərik. Ermənistanda Almaniya faşizminin qurucusu Adolf Hitlerin silahdaşlarından hesab edilən, habelə milyonlarla insanların, yəhudilərin, rusların, müsəlman xalqlarının və s. qanlarını axıdan, soyqırımlarında iştirtak edən Qaregin Njdeyə abidə ucaldılıb".Ekspert əlavə edib ki, AfD-nin də tutduğu mövqe eynidir və Ermənistanla ucuz düşüncələri üst-üstə düşməkdədir: "Əbəs deyil ki, bu gün AfD heç Almaniya ictimai rəyinin özündə də qəbul olunmayan, rədd edilən bir siyasi təşkilatdır, partiyadır. Bu partiya ölkədə islamafobiya siyasətini reallaşdırmağa, qeyri-almanları ölkədən çıxarmağa və bu da olmaszsa, terrorizə etməyə hazır olduğunu gizlətməyən ultra-sağçı, neofaşist qurumdur".

sia.az

Digər xəbərlər