Siyasət

  • 6 445

"Kreml Paşinyanın hakimiyyətdən getməsi üçün əlindən nə gəlirsə edəcək" ÖZƏL-MÜNASİBƏT

image

"Nikol Paşinyan verdiyi bəyanatda "Qarabağ məsələsinin diplomatik həlli yoxdur"-deməklə nazirlərin Moskva görüşünün mənasız və Rusiyanın atəskəs çağırışların üstündən xətt çəkdi. Həmçinin xarici işlər nazirlərinin gözlənilən Vaşinqton görüşünün baş tutmamış öz mövqeyini elan etdi. Ona görə də Vaşinqton görüşünə Azərbaycan daha da inamlı getməli və təcavüzkarın kim olduğunu göstərməlidir". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.Politoloqun sözlərinə görə, N.Paşinyanın müharibə bəyanatı Moskva və Vaşinqtonda gedən diplomatik danışıqlarda Azərbaycanın xeyrinədir: "Ermənistan Baş naziri sülh və atəşkəsə qarşı olduğunu nümayiş etdirməklə, Rusiya və ABŞ-ın vasitəçiliyini sual altına aldı. Moskva və Vaşinqtonun təşəbbüslərini Bakı yox, Yerevan geri çevirir.ABŞ-da neytrallağını qorumaqla ərazi bütövlüyünün təmin olunması istiqamətində Azərbaycanın əks-həmlə əməliyyatına qarışmayacaq. Kreml Paşinyanın hakimiyyətdən getməsi üçün əlindən nə gəlirsə edəcək. Əsas siyasəti bu istiqamətdə olacaq. Azərbaycan ordusu qısa vaxtda uğurlu əməliyyatlarını davam etdirməklə, Ermənistanda siyasi böhranı dərinləşdirəcək. Xankəndi və Şuşa alınarsa, bu, Paşinyanın hakimiyyətinin süqutu olacaq".

sia.az

Digər xəbərlər