Siyasət

  • 5 683

Erməninin əlindəki “Meydan” ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycanın indiki qələbəsinə kölgə salmaq üçün hər cür yola baş vuran “Meydan TV” həmişəki kimi şeytanlıqla məşğuldur". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.Onun sözlərinə görə, ən azı bu müddətdə susmaq və ya neytral mövqe tutmaq olardı: "Çünki Azərbaycan xalqının illərdir böyük yanğı, həsrətlə gözlədiyi hadisələr yaşanır. Azərbaycan Ordusu tarix yazaraq işğal altındakı torpaqlarımızı azad etməkdə, tapdanan ləyaqətimizi, qürurumuzu özümüzə qaytarmaqdadır. Ölkənin birinci şəxsindən tutmuş, bütün ölkə vətəndaşları cəbhədəki uğurlarımızın davamlı olmasına, böyük qələbəyə köklənib. Amma nə yazıqlar ki, belə bir çətin və çətin olduğu qədər şərəfli dönəmdə daima Azərbaycanı ləkələmək missiyasını həyata keçirən çevrələr dayana bilmir, öz arzuolunmaz fəaliyyətlərindən əl çəkmirlər.Bu sırada “Meydan TV” xüsusi fərqlənir. Azərbaycanın indiki qələbəsinə kölgə salmaq üçün hər cür yola baş vuran “Meydan TV” həmişəki kimi şeytanlıqla məşğuldur. Bu kanalın yarandığı gündən ermənilərə xidmət etməsi yeni xəbər deyil. Dəfələrlə bununla bağlı mediada tutarlı faktlar səslənib. Azərbaycanın milli maraqlarına yönələn fəaliyyət sərgiləyən kanal ölkəmizə qarşı istifadə üçün yararlılığını əməlləri ilə sübut edib. Nə yazıq ki, bu, indi də belədir...Keçmişə boylansaq, “Meydan TV”-nin müxtəlif erməni müəlliflərlə əməkdaşlıq etməsi, sülhlə bağlı “layihələrin” bu kanal vasitəsi ilə təbliği barədə kifayət qədər səhih informasiyalara rast gələrik . Amma, açıq desək, “Meydan TV” hakimiyyəti sərt tənqid edən kanal maskasına bürünərək, bu əlaqələri ikinci dərəcəyə endirməyi bacarırdı. Sadə insanlarda belə rəy yaratmağa nail olmuşdular ki, onlar məhz hakimiyyəti tənqid etdikləri üçün fəaliyyətləri hansısa formada məhdudlaşdırılır. İndi bir daha sübut olunur ki, bu kanalın Azərbaycan xalqına heç bir bağlılığı yoxdur. Düşmənin aləti olan bu kanaldan bizə qarşı indinin özündə də istifadə edilməkdədir.Belə bir dönəmdə bu kanalın birdən-birə sülhü təbliğ etməsi təsadüfdürmü? Əsla yox! Kanala ermənilərə bağlı dairələr tərəfindən belə bir göstəriş verilib. Reallıq budur ki, Azərbaycan Ordusunun qələbələri Ermənistanın baş naziri, Sorosun məhsulu olan Paşinyanı çətin duruma salıb, düşmən ölkə dilənçi kökündədir. Və dərhal Soros Paşinyanı qorumaq üçün bütün istiqamətlərdə fəaliyyətə keçib. Azərbaycanı durdurmaq üçün sülhün təbliği bu fəaliyyətlərdən biridir. Anti-Azərbaycan şəbəkəsinin sülhə çağırışı da məhz Sorosun tapşırığı ilə icra olunmaqdadır. Soros “Meydan Tv”, həmçinin Emin Hüseynov, Arzu Qeybulla kimi adamların əli Azərbaycanda daxilində sülhə inam hissini yülsəltmək, sonra isə bu çıxışları rəsmi səviyyəyə qaldırmaq niyyətindədir. Xalqın orduya inamını sarsıtmaq, belə bir vaxtda sülhü təbliğ etmək hər cür iyrənc yollara baş vurulur. Hamının diqqətinin cəbhəyə, inamlı qələbəyə kökləndiyi bir vaxtda bu dairələrin hansısa cəfəng iddiaları ortaya atmalarında heç bir saf məqsəd yoxdur. Niyyət çirkindir! Niyyət qələbəyə susamış, dövlətin ətrafında birləşmiş, öz ordusuna güvənən xalqın inamını sarsıtmaq, onu sülhə meyilləndirməkdir!Bir mərkəzdən, anti-Azərbaycan qüvvələri tərəfindən idarə olunan planlı fəaliyyət heç bir halda məqsədinə çata bilməyəcək. Azərbaycan xalqı 30 illik sülhdən, belə demək mümkünsə, iyrənib. Ali Baş Komandanın bir sözü ilə səfərbər olan Azərbaycan xalqı, onun müzəffər Ordusu haqq işi uğrunda mübarizəyə qalxıb və bu gün şərəfli tarix yazır. İndiki məqamda müharibə əleyhinə çıxmaq üçün insanların şəhid olması faktını qabardanlar və bununla da Azərbaycan insanını müharibədən geri durmağa meylləndirmək niyyəti güdənlər reallığı görməzdən gəlirlər. Anti-Azərbaycan dairələr dərk etmir ki, bu millət Vətən yolunda şəhid verməyi ən böyük xoşbəxtlik sayır.Bir sözlə qeyri-qanuni fəaliyyət göstərən “Meydan TV” Azərbaycan xalqının maraqlarına qarşı çıxırsa, ermənilərə, onların maraqlarına xidmət edirsə düşməndən heç bir fərqi qalmır. Bu tv-nin indiki həssas dövrdə, cəbhədə uğurlu əməliyyatların davam etdiyi bir zamanda bəzi həmişəki kimi anti-Azərbaycan mövqeyindən əl çəkməməsinə başqa ad tapmaq mümkün deyil. Bu fəaliyyətə son verilməlidir. Ermənilər bağlılıq bu dairələrə heç olmasa, indiki dönəmdə susmağa belə imkan vermirsə deməli, bütün mənalarda düşmənə satılıblar...".

sia.az

Digər xəbərlər