Siyasət

  • 6 490

Həsən Amuli: Tarixi sənədlər Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu göstərir

image

İranın bir sıra nüfuzlu din xadimləri və İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin yerlərdəki nümayəndələri Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını dəstəkləyiblər.

Ali Rəhbərin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amuli, Qum Elmi Hövzəsinin “Mömüniyyə” mədrəsələrinin direktoru İbadullah Xeyiryan, Urmiyə şəhərinin imam cüməsi Seyid Mehdi Qureyşi, Zəncan şəhərinin imam cüməsi Ayətullah Xatəmi, Təbriz şəhərinin imam cüməsi və Ali Rəhbərin nümayəndəsi Seyid Məhəmməd Ali-Haşim və başqaları Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlarla çıxış ediblər.
Həsən Amuli bildirib ki, tarixi sənədlər Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu göstərir və Azərbaycan dövlətinin işğal altındakı ərazilərini geri qaytarmaq üçün atdığı addımlar qanunidir.
Mehdi Qureyiş isə qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Biz Ermənistanın işğalçılıq siyasətini və təcavüzünü qınayırıq.
Digər din xadimləri də eyni məzmunlu bəyanatlarla çıxış ediblər.

yap.org.az

Digər xəbərlər