Siyasət

  • 7 996

Kiprli yunan: "Qoy ermənilər vandal olduqlarına görə utansınlar!" FAKT

image

Ermənistan yalnız dövlət səviyyəsində terror siyasəti həyata keçirmir, eyni zamanda, Azərbaycanın qədim ənənələrinə, tarixinə, müqəddəs ocaqlarına, məzarlara və s. abidələrə qarşı da vəhşilik, vandallıq törədir. SİA xəbər verir ki, məhz Zəngilan və s. işğaldan azad olunmuş ərazilərimizdə məscidlərin inək, donuz fermalarına çevrilmələri, viran qoyulmaları barədə yayılmış fotolar, videokadrlar hiddət doğurmaya bilməz.Bu arada, “Vestİkavkaza.ru” saytının yazdığına görə, əbəs deyil ki, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə də dəfələrlə bu barədə beynəlxalq ictimaiyyətə məlumatlar vermiş, erməni vandalizminin törətdiyi qeyri-insani davranışlarına dünya ictimaiyyətini etirazlı münasibəti göstərmələrinə səsləmişdi.“Ermənistan tərəfindən işğala məruz qalan ərazilərdə yüzlərlə abidələrə, muzeylərə, məscidlərə və Azərbaycan xalqının mədəni irsinə qarşı vandallıq aksiyaları həyata keçirilib. XIX əsrin Ağdam məscidi dağıdılıb, talan edilib”, deyə QMİ-nin sədri məlumatında bildirib”, adıçəkilən sayt yazır.Daha sonra qeyd olunur ki, azərbaycanlı mənbələrin məlumatlarına görə, işğal altındakı ərazilərdə 403 tarixi-dini abidələr hesablanıb ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-si müqəddəs pirlərdir. 67 məsciddən 63-ü ( 13-ü Şuşada, 5-i Ağdamda, 16-ı Fizulidə, 12-i Zəngilanda, 5-i Cəbrayılda, 8-i Qubadlıda və 8-i Laçında) erməni millətçiləri tərəfindən tamamilə dağıdılıb. Dörd məscid isə qismən dağıntıya məruz qalıb. SİTAT: “Bu vandallıq aktları sosial şəbəkələrdə geniş rezonansa səbəb olub. Belə ki, Kiprin Larnaki şəhərindən olan Yuliya Georgiu baş verənləri erməni ləyaqətsizliyi adlandırıb. Hansı ki, həmin ermənilər “böyük ilklər, xristianlığı birinci qəbul edənlər” olduqlarını iddia kimi irəli sürürlər. Feorgiu xatırladır ki, Larnakda Xala Sultan Təkkə arxitektura kompleksi mühafizə olunur ki, oraya məscid, mavzoley, minarə və yaşayış tikililəri də aiddir”.Yuliya deyir ki, Xala Sultan Təkkə Kiprin yunan hissəsində yerləşir və dünyanın ən məşhur və sayılan yerlərindən biri hesab olunur. Belə ki, orada Ümmi Həram dəfn olunub. Bir iddiaya görə bu xanım Məhəmməd peyğəmbərin xalası, digərinə görə isə dayəsi olubmuş.“1974-cü ildə Kiprdə baş vermiş hərbi əməliyyatlar zamanı məscidi yerli kiprli – pravoslav (ortodoks) xristian xilas edib. O, hadisələr zamanı məsciddən kitabları, xalçaları və s. nə varsa hər şeyi gizlədib. Müharibə başa çatdıqdan sonrao öz oğulları ilə məscidi bərpa etdi, ətrafında isə ağaclar və güllər əkdi. O, uzun illər məscidin qulluğunda dayandı. Bu gün məscid cümə namazlarının qılınması və müsəlman bayramlarının keçirilməsi üçün istifadə edilməkdədir”, Georgiu bildirib və deyib: “Qoy ermənilər pravoslav xristianların məscidi necə xilas etmələrini öyrəndikdən sonra vandalizm aktları törətdiklərinə görə utansınlar”.“Məscidlə yanaşı göl yerləşir və oraya hər il flaminqolar uçub-gəlirlər. Bura Larnaki sakinlərinin və turistlərinin ən sevimli istirahət yerləridir. Məscidin qapıları hər kəs üçün açıqdır. Burada dini inam və milliyyətçilik heç bir rol oynamır”, Yuliya Georgiu bildirib.

sia.az

Digər xəbərlər